Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 30
Ayşət xanımın rəfiqəsi Valentina Osipovna Müslümlə anası arasında mövcud olan ayrılığı xatirələrində qeyd edərkən reallığı əks etdirməyən bəzi yanlış məqamlara toxunmuşdu, səhvə yol vermişdi. Ancaq qətiyyətlə demək olar ki, bu yanlışlıqda Valentina Osipovnanın heç bir günahı, heç bir təqsiri yox idi, çünki bu, qeyri-müəyyən faktları rəfiqələrinə Ayşət xanım özü danışmışdı. Oh, ( Valentina Osipovna : -C.P.) isə sadəcə olaraq Ayşət xanımdan eşitdikləri təkrarlamaqla kifayətlənməli olmuşdu.
“Onun danışığından, belə, aydın oldu ki, həlak olan həyat yoldaşının ailəsində Ayşət xanımı iki dəfə məzəmmət ediblər. Birinci dəfə o, Şərq adət-ənənəsinə zidd çıxaraq ailədə qalmayanda. İkinci dəfə isə Müslümü ana babasının və nənəsinin yanına aparanda. Ayşət xanımın dediklərinə görə Müslüm uşaqlıqda dələduz olub, az qalıb ki, pis uşaqlar ilə əlaqə qursun. Bu, hərəkəti ilə Ayşət xanım Müslümü pis vərdişlərdən və dələduzlardan xilas edibdi. Müslüm ailədən zorla ayrılıb və kiçik yaşlarında əzab, əziyyət və iztirablar çəkibdi”, -deyərək, -Valentina Osipovna fikirini tamamlamışdı.
Müslüm Maqomayevin yazdığı “Melodiya mənim məhəbbətimdi” xatirələr kitabını, həmçinin, müğənninin müxtəlif vaxtlarda, müxtəlif mətbuat orqanlarına verdiyi çoxsaylı müsahibələri bir neçə dəfə, təkrar-təkrar oxuduqdan sonra belə qərara gəldim ki, Ayşət xanımın Müslümün uşaqlıq illəri, onun pis uşaqlara qoşulması, dələduzluq etməsi və əzab-əziyyət çəkməsi ilə bağlı söylədiyi fikirlər heç bir məntiqə əsaslanmır və tamamilə səhvdir. Məhz, bu, nöqteyi-nəzərdən çıxış edərək Müslüm haqqında deyilənlərlə razılaşmaq imkanım xaricindədir. Əgər, xatırlayırsınızsa yuxarıda Ayşət xanımla bağlı olan bölmədə, bilərəkdən Müslümün anasını müzakirə və mühakimə obyektinə çevirməkdən yan keçdim və qeyd etdim ki, yeri gəldikcə bu məsələyə bir daha qayıdacam. Düşünürəm ki, bu məqamda problemi kənara qoymaq qətiyyən real görünmür, çünki Valentina Osipovnanın Ayşət xanıma istinadən söylədiyi fikirlərin arxasında yalnız uşaq Müslüm, onun ailəsi-əmisi Cəmaləddin və onun həyat yoldaşı Mariya İvanovna, sözsüz ki, nənəsi Baydagül xanmı qınaq hədəfinə çevirmək məqsədi diqqət mərkəzinə gətirilmir. Burda, həm də bizim gözəl Bakı şəhəri, azərbaycanlı uşaqlar, həmçinin, həmin məhəllədə yaşayanların əxlaqı, nizam-intizamı, milli adət-ənənələr qınaq predmetinə çevrilir.
Tam əminliklə deyə bilərəm ki, Müslümün uşaqlıq illərinə bu cür yanaşan Ayşət xanım yalnız özünü müdafiə etmək, özünə bəraət qazanmaq prinsipini qarşısına əsas məqsəd olaraq qoymuş və sözsüz ki, nisbətən də olsa rəfiqələrini buna inandırmağa nail olmuşdu, ən azından, mən bu cür düşünürəm. Çünki həmin zaman kəsiyində Ayşət xanımın rəfiqələri Bakıda cərəyan edən ictimai-siyasi proseslər, Müslümün ailəsi və azərbaycanlı uşaqların mövcud durumları haqqında məlumatlı deyildilər. Məhz, buna görə də, onların Ayşət xanımın bu çəfəngiyyatına inanmaqdan başqa ayrı çarələri qalmırdı. Əgər gətirilən bəhanələri əsaslar üzərində analitik təhlil etmiş olsam aşağıdakı nəticəni əldə edə bilərəm:
1.Müslüm Maqomayev həyət dostları haqqında heç vaxt mənfi fikirdə olmayıbdı, əksinə, müğənni onlar haqqında daima xoş düşüncələr səsləndirib , hətta, böyüyüb boya-başa çatdıqdan sonra imkan daxilində onlarla əlaqə saxlayıb, görüşüb və dostluğunu davam etdiribdi. Ayşət xanım bəzi müsahibələrində əvvəl didiklərini unudaraq oğlunun həyət yoldaşları, yaşadığı məhəl müxtəlif mənfi, qeyri-real fikirlər Əgər onun