Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 50
“Camal əmim mənə dedi:
-Mən, Moskvaya gedirəm. Yığışdan, mənimlə gedəcəksən. Bu, həkimi taparsan və onun üçün oxuyarsan. Qoy o, sənin boğazına diqqətlə baxsın.
Mənim yaşımın keçici dövrü əmimə rahatlıq vermirdi. Ancaq səsin keçiciliyi artıq yox idi. Qurtardi! Cənubda yaşayan uşaqların hamısında olduğu kimi: burda, yetişmə dövrü tez baş verirdi.
Moskvaya gəldik! “Moskva” mehmanxanasında dayandıq. Bizim nömrəmiz binanın ən yüksək yerində yerləşirdi. Burdan paytaxta baxış meydançasında oldugu kimi tamaşa edirdim. Moskva haqqında olan ilk təəssuratlarımı geniş danışmayacağam: ağzımı açıb hər keçənin üzünə baxıb gəzirdim. Həmin vaxt Moskva yaxşı təmizlənmiş və bəzədilmiş təsiri bağışlayırdı. İnsanlar gülərüz, səmimi, mehriban, xoş görünürdülər, çünki başqa zaman idi, tamamilə indiki dövrə, qaşqabaqlı-qayğılı, özünə qapanoxan-fikirli insanları olan. Əmimin SSRİ Dövlət Plan Komitəsində işi var idi: həmin vaxt o, Azərbaycan Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışırdı”.
Müslümün Moskva ilə bağlı təəssuratlarından anlamaq olur ki, gələcəyin böyük musiqiçisi ilk baxışdan, həm SSRİ-nin paytaxtını, həm də moskvalıları sevir, bu şəhərə, onun sakinlərinə səmimi qəlbdən bağlanır, ömrünün arxada qalan çox hissəsini burda yaşamalı olur. Müğənni heç bir böyük coşqu, həyəcan keçirmədən fikirlərini geniş, aydın və müfəssəl formada qələmə alaraq xatirələr kitabında yazırdı:
“Mən bütün həyatım boyu məhəbbətimi iki yerə bölmüşəm: Azərbaycan mənim atam, Rusiya anam olubdu. Doğulduğum yer isə “Qurultaylar Sarayı”dı.
Həmin gün Moskvanı kifayət qədər gəzib dolaşan Müslümlə əmisi Camal arasında həkimin yanına getməklə bağlı kifayət qədər ciddi söhbət olur. O, yazIrdI:
Camal əmim dedi:
-Sabah səhər tezdən mən işlə əlaqədar məşğul olacam, sən isə həkim Petrovu axtar. Sən artıq böyümüsən, on altı yaşın var, bələdçisiz keçinməyin vaxtı çatıbdı.
Mən qorxaq deyildim, əksinə, kifayət qədər inadkar və cəsarətli idim: Başqa şəhər, paytaxt olmasına baxmayaraq itməkdən qorxmurdum. Moskva ətrafında yaşayan Petrovu axtarıb tapdım. Bundan sonra həqiqətən kənd başladı. O, ozü qapını açdı. Evdəki vəziyyət heç də onun həkim olmasından xəbər vermirdi: nə kabinet, nə tibbi avadanlıq, nə də ki, tibbdən əsər-əlamət… Həkim başına larinqoloq güzgüsünü taxdi, parlaq işığı yandırdı və mənim səs tellərimə baxdı:
-Nə olsun? -dedi.
Sonra mənə diqqətlə baxıb dilləndi:
-Səs telləri, elə səs telləri olaraq qalır. Normadadır, müğənnilikdi.
Qısa fasilədən sonra həkim sözünə davam edərək dedi:
-Cavan oğlan, sizin səsiniz aşağıdı? Səs telləri yaxşı inkişaf edibdi?
Mən cavab verərək dedim:
-Bəli! Yaxsi!
Həm başımı tərpətməklə, həm də sözlə həkimin suallarını cavablandırdım. Axı burda nəyə etiraz edəsən, hər şey tamamilə doğru idi. Səs məndə həqiqətən aşağı idi.
-Demək, sizdə səs necədi ? -deyərək, -həkim soruşdu.
Ümumiyyətlə, bas-bariton, -deyərək, -dilləndim.
-Əla! İndi mənə Nadirin ariyasını oxuyun.
Nadirin ariyası tenor üçündü, bundan yuxarı olmur.
Əlbəttə, həkim məni dəhşətli dərəcədə pərt etdi. CavabInda, -dedim:
Bağışlayın, həkim. Mən ki, sizə dedim, mənim səsim bas-baritondu.
-Bəli, mən deyirəm ki, Nadiri oxu!
Bu, onunla yekunlaşdı ki, mən tenor səslə Nadiri, bas səslə Mefistofeli oxudum. Həkim razı qalaraq əlini-əlinə sürtdü.