Где, когда и как родился мугам - страница 2



Как уже подчеркивалось, впервые на клинописных табличках из ляпис-лазури появляются никому до сих пор не известные названия двух мугамов – дагуна и демуз, и, как сюрприз, их короткая характеристика. Все это – абсолютное новшество для всего Востока, многие народы которого заимствовали виды мугамов и инструментов у древних так называемых шумеров (читай – тюрков).



MUĞAM SAÇILYILDIZLARI – СОЗВЕЗДИЯ МУГАМА

Rəssamı Emin Elrəng – Художник Эмин Элренг (Aзербайджан)


Rəngli boya ilə kətan üzərində çəkilmiş əsərdə muğamı yaşadanları saçılyıldızlar, yəni səma bürcləri kimi təsvir edir rəssam Emin Elrəng. Yuxarı qatda – “Nebulada” Üzeyir Hacıbəyli bürcüdür. Niyazi, Q.Qarayev, M.Maqomayev, Ü.Hacıbəyli, F.Əmirov, ulduzlarından ibarət bu bürç ən güclü işıq saçanlarıdır. Aşağı qatda, necə deyərlər, gözlə görünən qalaktikada Aşıq Pəri, Habil Əliyev, Zülfü Adıgözəlov və başqaları, aşağıdakı qalaktikada Bülbül, Rübabə Muradova, Rəşid Behbudov, Şövkət Xanım, Xan Şuşinski, və digərləridir. Yer səthində Alim Qasımov və onu ehtirasla dinləyən rəssamın özü Emin Elrəng.

* * *

Работа эта выполнена на холсте Эмином Элренгом, студентом Академии Художеств Азербайджана, и названа «Созвездия мугама». На этой картине в небесах, среди облаков, нашли свои отражения классики азербайджанской музыки (композиторы, известные профессиональные певцы – мугаматисты, ашуги, инструменталисты и др.). На самой вершине расположено созвездие Узеира Гаджибейли (2-й справа), классика азербайджанской профессиональной музыки, основоположника оперы; рядом с ним – самые блестящие звезды этого созвездия. Слева направо: дирижер и композитор Маэстро Ниязи; композиторы Кара Караев, Муслим Магомаев (дед) и Фикрет Амиров.

Внизу – Зулфи Адигезлов, Бюлбюл, Рубаба Мурадова, Рашид Бейбутов, Шовкет Алекперова, Хан Шушински, Габил Алиев и др. В самом низу, на земле, в центре – всемирно известный современный певец-мугаматист Алим Гасымов и внимательно слушающий его, облокотившись на холст в раме, сам художник Эмин (слева).

I. MUĞAM BARƏDƏ İLK İNFORMASİYANI MİXİ YAZILARDAN ALIRIQ

“Muğamın necə, nə zaman yarandığını bu zamana

kimi heç kim deyə bilməyib”…

”Muğam bizə Allahdan gəlmədir”.

Əlibaba Məmmədov, Azərbaycan Xalq artisti

Elm sübut edir ki, kosmik fəza bütün kainat masştabında uclarından daima genişlənir. “Azman partlayış” adlı hadisəni kainatın genişlənməsinin başlanğıc anı sayır elm.

Bəs Azərbaycan muğamı öz başlanğıcını hanki partlayışdan, hanki andan alır? Hanki “Azman kosmik qasırğadan” qopub fəzalarla yol gəlir bu səda? Bəlkə kainat zəncirinin son ucundan genişlənən həlqələrindən biridir o? İlkin bəşəri yazını yaratmış sivil insanın səsini, ününü nükəbbərə[1], yəni göylərə qaldıran məbədin mayasından gəlmirmi bu səs, İlahi?

Mixi yazılı mətnlər üzərində son 22 illik gərgin tədqiqatlar sübut edir ki, onların dili türk dilidir. Mixi sistemli yazını Babildə ilkin icad etmiş ulu əcdadlarımız u yazıların sayəsində indi “Musiqi kainatı”nda bizə məlum olan “Muğam” adlı “12 qalaktika” nın da yaradıcıları kimi üzə çıxırlar. Tədqiqatlar göstərir ki, muğamın ayrı-ayrı növləri, əsasən, təbiət hadisələrinin fövqündə meydana gəliblər.

Muğam Günəş sistemində və xüsusilə, ona daxil olan yaşadığımız Yer səyyarəsində baş verən təbiət və cəmiyyət hadisələrinin musiqi dili ilə ifadəsidir!

Məhz gil yazılarına salınan türk açarı muğamın harada, niyə, necə, nə vaxt yarandığı və başlıcası, kim tərəfindən yaradıldığı fenomenlərinə cavab tapmağa imkan verir.