Где, когда и как родился мугам - страница 4
) Muğam qalaktikası mövcuddur. Qədim yazılı dünyamızın araşdırmalarının nəticələri sübut edir ki, Musiqi kainatında onları yaradanlar mixi sistemli yazını gətirmiş ulu əcdadlarımızdır. Həm mixi yazılarının, həm də muğamın ilkin vətəni isə Babilandır. Təmiz türk sözlərindən yaranıb qədim ölkəmizin adı: Bab – babanın ixtisarlaşmış forması, İl – el, xalq və An – ölkə, məkan – Baba xalqın məkanı, yəni Ataerkil (Patriarx) xalqın ölkəsi. Məhz patriarx xalqın yaratdığı mixi, yaxud çivi, yaxud gil yazılara salınan Türk açarı çox sirli mətləbləri üzə çıxartdığı kimi, “Muğamın da haradan, necə və nə vaxtdan başlandığı, başlıcası, kimin olduğu” fenomenlərinə də cavab tapmağa imkan verir.
Eradan ən azı dörd min il qabaq inşa edilmiş və Ziqqurat adlandırılan məbədlərin qalıqlarına indiki İrakda rast gəlinir. Onların ən böyüyü Babilin ilkin paytaxtı olmuş Ur-Nammu adlı şəhərdə təqribən altı min il öncə ucaldılmışdır.
İlk eşidimdə qulaqlar üçün qəribə səslənən Ziqqurat, əslində, Azərbaycan türkcəsincədir:
Cıqqur və ya Cıqqır və At sözlərindən yaranıb. Yəni Səs at, Səs çıxar. Azərbaycan mənşəli Türkiyə professoru Seyfettin Altaylı özünün ”Azerbaycan Türkcesi Sözlüyü” (İstanbul, 1994) kitabında “cıqqırın” səs demək olduğunu yazır. Hamımıza bəllidir ki, bizdə “Cıqqırını – ” və ya “Cınqırnı çıxarma!” ifadəsi var və əsasən uşaq kirimədən ağlayan zaman valideynlər tərəfindən işlənir
CIQQUR AT MƏBƏDİ TƏKCƏ YERDƏKİ İNSANLA ONUN ALLAHI
ARASINDA KÖRPÜ DEYİLDİ. O HƏM DƏ MUĞAM MƏBƏDİ İDİ.
Bizim ulu əcdadlar da, onların sonrakı nəsilləri də, qüdsal saydıqları bu körpünü TARIN, UDUN, SAZIN, CAMIN, ZİLİN (Zurnanın), yəqin QAVAL və KAMANIN da müşaiyəti ilə ifa olunan muğam sədaları altında keçirdilər. Xəyalən Allahın ərşi-əlasına yüksəlirdilər. Bununla açıq nükəbbər (göylər) qarşısında günahlarını yuyur, təmizlənir, mənən paklanırdılar. Daxilən rahatlanaraq sabaha yeni ruh, yeni səbr, yeni məna dolu ülviyyətlə göz açırdılar…
Cıqqır At Səs at deməkdir. Guya akkadcadan “Hündürdə tikilən” kimi tərcümə olunan məbəd ona görə belə adlanırdı ki, onu insanların göylərə dua göndərəcəyi müqəddəs ocağı kimi inşa edirdilər. Sadəcə mixi işarələrdə bizə məxsus səslərə yer olmadığından, məbədin adını Ziqqurat oxuyub, ona da bir təhər dediyim anlamı verməyə çalışırlar. Məhz həmin məbədin divarında qətranlanmış xüsusi taxçadan tapılan mixi yazılı silindr bizə Uşşaq (Üşşaq kimi də yazılır) muğamı barədə yazılı məlumatı çatdırır. Deməli, məbəddən hələ minillər öncə də muğam oxunurdu, Cıqqur At məbədinin yaranmasına təkan verirdi. Yegipet piramidalarının, Kir və Lenin mavzoleylərinin memarlıq üslübuna təkan vermiş unutduğumuz bu Məbəd hələlikilk sədasını Cabbar əminin ifas ında eşitdiyimiz muğam sənətinin dərin köklərini indiyə qədər özülündə qoruyub saxlayb.
Xalq yazıçısı Anar özünün təhtəlşüur yaddaşı ilə sanki Cıqqur Ata işarə edir:
“Muğamat Şərqin, Cənubun səması, məhz inci-inci ulduzlarla süslənmiş Doğu-Güney asimanı altında ifa olunmaq üçün naqil edilmişdir”.
Xalq artisti Əlibaba Məmmədov isə “Muğamat bizim xalqa Allah vergisidir” deyir.
Hər ikisi ən böyük tarixi həqiqəti söyləyir. “Naqil edilmişdir” və “Allah vergisidir” ifadələri böyük bir tarixi Həqiqətin inikasıdır. Onları təsdiqləyərək biz də deyirik ki,
Muğamat xalqın təbiət möcüzələrinə və onları törədən qüvvələrə, həmçinin təkcə öz nəslini deyil, bütöv cəmiyyəti, yəni, həm də bir qandan olmayan ən müxtəlif tayfa konqlemeratlarını da ədalətlə idarə etmiş zadəgan (elit) türk nəsillərinə itihiaf olunmuş himnidir. Bu himn vasitəsilə o (əcdad), Rəbbə; Şəməşə-Şəmsə, yəni Günəşə; Od allahı Ahuraya; Şimşək, ildırım, dağuna (dağıtma) allahı Mərduka, Bahar, urzu və sevgi ilahəsi İstərə öz məhəbbətini izhar edirdi.