Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 33
Xatirələrində nənəsi Baydagül xanımla bağlı olan maraqlı məqamları gündəmə gətirən və eyni zamanda özünün son dərəcə dəcəl, böyük sözünə baxmayan və nadinc uşaq olduğunu etiraf edən müğənni həmin anları xoş təəssuratlarla yaddaşının süzgəcindən keçirirdi və peşiman olduğunu təəssüf hissi ilə qeyd edirdi. O, xatirələr kitabında yazırdı: “Baydagül (yaz çiçəyi deməkdi: -M.M.) nənəmi çox sevirdim, ancaq çox eşitmirdim. Tez-tez istər və ya istəməz, hər şeydən öngə, uşaq arsızlığı, ağılsızlığı baxımından xətrinə dəyirdim, incidim və çalırdım. O, mənə nə isə, sözsüz ki, əhəmiyyətli bir şey deyirdi, amma mən artıq orda yox, küçədə olurdum, harda ki, məni eyni cür dəcəl, şuluqə nadinc uşaqylar girözl. Nə qədər nənəm məni çox istəyirdisə, mən bir o qədər onu incidirdim və xətrinə dəyirdim. İndi nənəmin hansı dərəcədə səbrli olması haqqında düşünürəm və onu gec də olsa başa düşürəm…”
Onun uşaqlıq dövründə dəcəl, nadinc, şuluq olması və eyni xasiyyətli məhəllə uşaqları ilə oynaması heç də pis qarşılanmamalıdı. Bu, həmin yaşda olan oğlan uşaqları üçün normal hesab oluna bilər.
O, kifayət qədər nənə nəvazişi və qayğısından bəhrələnsə də, baba sevincini yaşaya bilməmişdi. Çünki onun babası, böyük musiqiçi balaca Müslüm anadan olmazdan beş il əvvəl dünyasını dəyişmişdi.
Müslümü həyatı boyu bir sual daim izləyib və düşündürüb, daha doğrusu, maraqlandırıb. O, bilmək istəyirdi ki, babası Əbdül-Müslüm həyatda necə adam olubdu? Əlbəttə, o doğma və yaxınlarının sözlərindən babası haqqında kifayət qədər informasiya ala bilmişdi. Lakin bütövlükdə bunlar onu qane etmirdi, beləki o, babası haqqında daha çox, daha mükəmməl, daha müfəssəl bilmək istəyirdi. Ona bəlli idi ki, babası çox əliaçıq, səxavətli, hamıya kömək edən bir insan olubdu. Müğənni xatirələr kitabında bəstəkar Üzeyir Hacıbəylinin Əbdül- Müslümə Peterburqdan ünvanlandığı bir təşəkkür məktubunu misal gətirərək onun bir hissərəɱn oxutular.
O, (Üzeyir Hacıbəyli: -C.P.) yazırdı:“…mənim imkanım var ki, işlərimlə rahat məşğul olum, bunun nəticəsi idi ki, mən Konservatoriyaya daxil oldum; bütün bunlar üçün səmimi kömək etmək istəyinə görə sənə (Əbdül- Müslümə : -C.P.) borcluyam; bu arzumu yerinə yetirmək üçün sən rahatlığını və sağlamlığını qurban verdin. Görəsən mənim imkanım olacaqmı bütün bunlar üçün sənə təşəkkür edim?”
Əbdül-Müslüm Maqomayevin Üzeyir Hacıbəylinin Peterburq Konservatoriyasında təhsil almasına etdiyi maddi köməklik haqqında oxucu auditoriyasında məlumatın olub və ya olmaması haqqında heç nə deyə bilmərəm, ancaq tam əminliklə söyləmək olar ki, respublikanın ədəbi-mədəni ictimaiyyəti, ziyalı musiqi elitası, sözsüz ki, bu barədə kifayət qədər informasiyaya malikdi . Əbdül-Müslümün ünvanına Üzeyir Hacıbəyli tərəfin-dən 1914-cü ildə Peterburq şəhərindən göndərilən məktub Maqomayevlərin şəxsi arxivlərində bu günə qədər qorunub saxlanılır.
Balaca Müslüm həmişə babası ilə fəxr etmişdi. Onun haqqında xatirələr danışmaq, sanki ona xüsusi ləzzət verirdi. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda görürürürəm ki, nəvll məhz, babasına oxamaaa, onun kimi olmağa bütün həytük voyuuuuuu, boyath burden Buunu Buunu Boya Buunu Boyan bun underst stick O, yazırdı: “Babam, həm dostluq, həm də istədiyi vaxt səmimi jest etməyi bacarırdı. Hər halda bizdə az adam tapılar ki Babam biləndə ki, Üzeyir Hacıbəyli bu işlə məşğuldu, onda o, başladığı partituranı cırır və deyir: Üzeyir yaxşı yazar.