Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 35



       Müslümün nadir səsi haqqında ilk dəfə onun səkkiz yaşı tamam olanda xəbər tutublar. Həmin vaxt gələcəyin ulduzu xor ilə birlikdə çox səylə, ciddi cəhdlə “Yat mənim sevincim, yuxuya get” mahnısını ifa edirmiş. Bu, zaman müəllimə bütün uşaqlara susmaq işarəsi verir. Özünü eşitməyən, nadir, təmiz və güclü uşaq səsi ilə Müslüm oxumağına davam edir. Həmin zaman o, təsəvvürünə, belə, gətirə bilməzdi ki, bu onun birinci solosu ağıla gəlməyən, mümkün olmayan yüksəlişə doğru aparan yolun, pillənin başlanığıcı idi. Müslüm böyük inamla vurğulayırdı ki, “bu nadir və məlahətli səs ona anasından, musiqi istedadı, musiqi qabiliyyəti isə maqomayevlərdən gəlibdi”. Müğənninin yüksək zirvəyə çatmasında, sözsüz ki, böyüdüyü ailənin, musiqi məktəbinin, konservatoriyanın, təcrübə keçdiyi opera səhnəsinin, ən əsası isə, Bakı mühitinin özünəməxsus ənənəsi mühüm rol oynamışdı.

       Müslümün təqribən doqquz yaşı olanda anası onu Vışniy Voloçoka, teatrda işlədiyi şəhərə aparır. Müslüm əvvəlcə onun nəzər diqqətini cəlb edən səliqəli bu rus şəhərciyini və onun sadəlövh insanlarını sevir, onlara bağlanır. Bu oğlan ilk dəfə burda, həqiqi rus qəlbinin nə oldugunu anlayır. Balaca Müslüm ilk məşğuliyyətini musiqi məktəbinin pedaqoq u V.M.Şulqina ilə davam etdirir. Bu qadın son dərəcə gözəl, ağıllı, səbrli, istedadlı bir müəllimə olaraq Müslümə xüsusi diqqət yetirir. Müəllimə məktəbdən başqa, həm də şəhər dram teatrında musiqi tərtibatçısı kimi fəaliyyət göstərir, həm də teatr üçün musiqi seçir, onları işləyib hazırlamaqla məşğul olur, tədris müəssisələrindən birində xor dərnəyinə rəhbərlik edirdi. Müslümün xatirələrinə əsaslanaraq demək olar ki, bir dəfə Valentina Mixaylovna Şulqina AS Puşkinin “Anjelo” tamaşasına musiqi tərtibatı hazırlayanda doqquz yaşlı Müslümü orkestr üçün düzəldilmiş xüsusi çalada, royalın yanında otuzdurur. Müslüm, sanki bu xoşbəxtlikdən donub qalır-teatrı, onun şirin tozlu ətrini, pərdə arxası səsli və sakit anlarını, uzun sürən məşqlərini həmişvirəlik yadr saxlayı…

       Müslümdə teatra olan maraq tezliklə üzə çıxır və bu oğlan uşaqlara kukla tamaşası hazırlamaq ideyasını verir. Həmin vaxt artıq o, kağızdan və palçıqdan müəyən fiqurlar hazırlamağı bacarırdı. Onun bu, istedadı çoxda böyük olmayan “Petruşka” tamaşası üçün kukla hazırlamaqda çətinlik yaratmır. Uşaqlar poct qutuları əldə edirlər və onlardan səhnə düzəldərək tamaşaya mövzu yazır və ipə bağlanmış marionetkalar ilə on dəqiqəlik qısa səhnəcik oynay. Balacalar istəyirlər ki, onlarda hər şey əsl teatrda olduğu kimi alınsın. Bu, məqsədlə onlar bilet üçün “pul” alırlar, əlbəttə ki, rəngli “konfet” kağzlarından..

       Vışniy Voloçokda Müslüm təxminən bir ilə yaxın yaşayır və anası Ayşət xanımın qərarı ilə yenidən musiqi təhsilini davam etdirmək üçün Bakıya qaytarıl. Çox keçmir ki, Ayşət Əhməd qızı ikinci dəfə ərə gedir, yeni ailə yaranır. Ayşət xanım şəxsi maraqlarını övladının həyatından üstün hesab etdiyi üçün Müslümü Bakıya gondərir. Ayşət xanımın yeni nigahdan Yura və Tanya adlı iki övladı dünyaya gəlir. Bununla da, Müslümün həyatda ana bir qardaşı və bacısı olur.

       Həyat yoldaşını müharibədə itirən Ayşət xanım teatr karyerasını və şəxsi həyatını davam etdirmək məqsədilə oğlu Müslümü əmisi Cəmaləddinin və nənəsi Baydagül xanımın ixtiyarına verir. Əmisi balaca Müslümü musiqi təhsili almaq üçün xüsusi məktəbə qoyur. O, Bakı Konservatoriyasının nəzdində fəaliyyət göstərən musiqi məktəbində fortepiano sinifində təhsil almağa başlayır. Uşaqda olan istedadı görən Bakı Konservatoriyasının professoru, violonçelist V.T.Anşeloviç onunla xüsusən maraqlanır və Müslümə ayrıca dərs verməyə başlayır. Beləki, məktəbdə vokal sinifi yox idi.