Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 36
Müslüm 1956-cı ildə, Asəf Zeynallı adına Bakı musiqi məktəbinə daxil olur. O, burda sayılıb seçilən musiqi müəllimləri: Aleksandr Akimoviç Milovanov və onun çoxillik konsertmeyestri Tamara İsidorovna Kretinqtdən dörd il fasiləsiz dərs alır.
Müğənninin həyatında ən vacib mərhələ “Gənc Karuzo” filminə baxmasından sonra başlayır. Həmin filmdə, böyük neapollunu dövrünün görkəmli müğənnisi Mario del Monako səsləndirir. Əmisi Cəmaləddinin bağ evində Müslüm hər gün ən yaxşı trofey , köhnə və yeni, hələ ekranlara çıxmayan filmlərə baxa bilirdi. O, burda Lolita Torresin iştirakı ilə çəkilən “Sevimli ariya”, “Təlxək və yaxud hoqqabaz”, “Tarzan” filimlərini görür. Onun uşaqlıq illəri, həm xoş, həm də maraqlı, məzmunlu və mənalı keçir. Musiqi məktəbində təhsil almaqla yanaşı, həmçinin, Müslüm mahnı oxumağa böyük maraq və həvəs gostərir. Bu sətirlərdən bir daha aydın olur ki
Mütəmadi olaraq babasından yadigar qalan – Karuzo , Titto Ruffo , Batistini və başqalarının plastinka-vallarına qulaq asan gənc oğlanda müğənniliyə arzular yavaş-yavaş pərvazlanmağa başlayır. Vokal əsərlərin səs yazısına diqqətlə qulaq asan Müslüm eyni zamanda bas, bariton, tenor partiyalarını analiz etməkdən çəkinmir və buna böyük istəklə yanaşır. O, klavir götürərək əsərlərin hamısını ardıcıl oxuyur, sonra onları məşhur müğənnilərin oxuduqları mahnılar ilə müqayisə edir və özünirən necə oxumasımndı qiyur. Artıq on dörd yaşında onun səsində ayılma, dirçəliş əmələ gəlir, amma Müslüm kənar adamların və ailə üzvülərinin yanında oxumağa cürətə etmir, belə demənk mü, mün Hətta o, öz müəllimlərindən bunu gizlətməyə çalışır. İstedadlı gənc yalnız sinif yoldaşlarından çəkinmir. Təzə-təzə məlahətləşən səsi ilə o, həmyaşıdlarına uşaq multiplikasiya filmi olan “ Buratino”nun məşhur personajlarını, həmçinin, Qulliver filmindən “Mənim cırtdanım” mahnısını böyük həvəs və məharətlə məzəli formada oxuyur, onları əyləndirir.
Həmin zaman heç kim, hətta, ən nikbin adamlar, belə, təsəvvürlərinə gətirə bilməzdilər ki, bu cür nadir istedada malik olmaq Müslümə gələcək həyatında yararlı olacaq və o, hamının sevimli “Bremen musiqiçilərinin izi ilə” multiplikasiya filmindəki Xəfiyyə, Trubadur və Qaraçı obrazlarını parlaq səsləndirəcəkdi. Məktəbdə keçirilən konsertdə Müslüm bəstəkar Qara Qarayevin “Xəzər neftçilərinin mahnısı”nı oxuyur. İyirmi ildən sonra o, yenidən bu, mahnıya müraciət edir və onu oxuyur. Ancaq bu dəfə dövlət tədbiri üçün planlaşdırılan konsertdə, peşəkar musiqiçi kimi. Həmin zaman Müslüm bu mahnını güclü, şiddətli, qulaq batırıcı bariton səslə oxuyur. Bu, gənc Müslümün Bakı Konservatoriyasının böyük səhnəsində ilk çıxışı, həm də gələcəyə yüksəlmək üçün ilk istinad nöqtəsi olur.
Maqomayevlər ailəsinin yaşadığı böyük evin eyni mərtəbəsində, dövrünün görkəmli və məşhur müğənnisi Bülbül yaşayırdı. Həmin zaman Bakıda, bu binanı “artislər evi” adlandırırdılar. Yaşlı nəsilin nümayəndələrinə yaxşı bəllidi ki, həmin mənzillər qarışıq tipli olurdu. Müslüm dəfələrlə bu əfsanəvi ifaçının səsini, necə oxyumağını və şirin avazını divarın o biri tərəfindən eşitmişdi. Bülbülün oğlu Poladla Müslüm eyni həyətdə oynayır, uşaqlıq illərini bir yerdə keçirir, mənzildə olarkən divarı tıqqıllatmaqla bir-birinə lazım olan mesajları gilöndə. Bu, iki yeniyetmə həyətin “ali hakimiyyət” nümayəndələri Tom Soyer və Qek Finni kimi daima rəqabət aparır və onlardan hansının “Tarzan” kimi daha cəld və diribaş olduğuna aydınlıq gətirirməyə çalışırdılar. Uşaq vaxtı Müslüm-ün astronomiya elminə böyük həvəs və maraq gostərməsini xüsusilə qeyd etmək istərdim. Müslüm və Polad göy cisimlərini müşahidə etmək, ayda olan ləkəyə baxmaq üçün birlikdə müşahidə borusu düzəltmişdilər. Həmin borunu yaşadıqları binanın damında quraşdıran uşaqlar mütəmadi olaraq goy cisimlərini müşahidə edirdilər. Polad Müslümdən yaşca balaca olduğundan onlar ayrı-ayrı siniflərdə təhsil alırdılar. Ancaq buna baxma-yaraq məktəbin divar qəzetini bir yerdə tərtib edirdilər: artıq həmin zaman kəsiyində Müslüm özündə şəkil çəkməyə meylin və bacarığın olduğunu hiss.