Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 37



       Oxuduğum müsahibə və xatirələrdən aydın olur ki, Müslüm uşaqlarla birlikdə məxfi meloman cəmiyyəti yaratmağa müyəssər olur. İstək və arzularını həyata keçirmək istəyən yeniyetmələr babelin (Müslümün dostu: -C.P.) mənzilində yığışır, fikir mübadiləsi aparırdılar. Babel və dostu Kozlovski “Böyük teatr”ın ehtiraslı pərəstişkarları olmaqla bərabər, həm də vokal və caz musiqisinə qulaq asmağı çox xoşlayırdılar. Getdik-cə püxtələşən gənclər lent və val yazılarına qulaq asmaqdan tədricən təcrübəyə keçməyə üstünlük verir və bunu reallığa çevivirdilər. Bu zaman, Müslümdə musiqi ilə bağlı yeni ideya, yeni meyl meydana gəlir. Məlum olduğu kimi o, klassik, caz, neopolitan, estrada misiqilərini çox sevirdi. Gənclər klarnet ifaçısı İqor Aktyamovun yanında çox da böyük olmayan caz-band təşkil edirlər. Müslüm simli alətlərdə ifa edənlərdən dərnək yaradır və Fiqaronun kavatinasını iki skripkaya, o cümlədən arfa, violençeli və royala çevirərək yeni forma işləlayı hazı. Bir müddət keçdikdən sonra müəllimləri Müslümün musiqi bəstələmək qabiliyyə tini də, aşkarlayır, onu uşaq yaradıcılıq sinifinə keçirirlər. Burda o, A.S.Puşkinin əsərlərinə pyes və romnslar yazmağa başlayır.

       Artıq gənc oğlan, nəinki tanışları, sinif yoldaşları və məktəb kollektivinin yanında, hətta, ondan kənarda da tanınmağa başlayır. Onda olan fitri istedad yavaş-yavaş sərhədini , miqyasını genişləndirir. Yeniyetmə oğlanın yaxşı, səlist oxumağını görən pe-daqoqlar musiqi ədəbiyyatı dərsində Müslümdən vokal illüstratoru kimi bəhrələnir, ona ariya və romanslar oxudurdular .

       Nəhayət ki, qayğısız gənclik illəri sona çatır. Müslüm sevgi, məhəbbət “xəstəliyinə” tutulur. Hər bir gənc oğlan kimi onun da arzuları pərvazlanmaq mərhələsinə qədəm qoyur, bir mahnıda deyildiyi kimi: “bir qız çıxdı qarşıma, qaşları, sanki, aypara, hilal idi…” Məhəbbətin gücü getdikcə özünü büruzə verir və Müslüm özü ilə musiqi məktəbində oxuyan pianoçu Ofelya adlı gözəl azərbaycanlı qızı ilə evlənir. Bir ildən sonra bu nigah-dan Marina adlı qızları doğulur. Ancaq təəssüflər olsun ki, gənc ailə uzun ömürlü olmur və tezliklə dağılır. Hal hazırda Marina Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində ailəsi ilə birlikdə yaşayır. Sağlığında Müslümə ən yaxın və ən doğma Marina və onun oğlu Müslüm-Allen idi.

       Əldə etdiyim informasiyaya əsaslanaraq deyə bilərəm ki, bir vaxtlar Marinanın akademik-kimyaçı babası onu dilə tuturmuş ki, gənc qız geodeziya və kartoqrafiya üzrə təhsil alsın. Ancaq o, bir şeyi yaddan çıxarırdı: axı Marina məktəbi pianoçu kimi bitirmişdi. Sonrası da o, böyük bəstəkar-dirijor Əbdül-Müslüm Maqomayevin nəticəsi və dahi musiqiçi Müslüm Maqomayevin qızı idi. Marina heç kimin gözləmədiyi, tamamilə başqa bir həyat yolu seçir. O, nə geodeziya-kartoqrafiya üzrə mütəxəssis, nə də ki, parlaq musiqiçi, pianoçu olur. Marina həyatın tələbi ilə yeni, özünəməxsus bir yolla gedir.

       Ömrünün sonuna qədər Müslüm qızı Marina və nəvəsi Müslüm-Allen ilə gözəl və doğma münasibətdə olmuşdu. O, qızını hər zaman dəstəkləyirdi. Burda, Marinanın fortepiano sinifini qurtarmasını xüsusi ilə qeyd etmək lazımdı. Çünki bu, gendən gələn müsbət impulusların birbaşa təsiri nəticəsində baş vermişdi. Xatirələr kitabında Müslüm cavanlıq anlarını, o cümlədən ilk cevgilisi Ofelya xanımı xoş xatırələrlə yada salaraq yazırdı: “Onun çox qəşəng, ecazkar, həzin – Ofeliya var idi ! Biz musiqi məktəbində bir yerdə oxuyurduq. Ofeliyanın çox güclü lirik-koloratur soprano səsi var idi. Biz görüşməyə başladıq. Əmim və nənəm mənim həvəsimi, meylimi və xasiyyətimi bildikləri üçün nə isə xoşagəlməz bir əngəl hiss etdilər. Ancaq əmim Camal özünün təbii, ədəb və nəzakətinə rəğmən mənimlə kişi danışığı aparmağa başlamadı. Mən vaxtın yetişmədiyini düşünüb əmimə məsələni açmağı lazım bilmədim. Günlərin birində mənim pasportum yoxa çıxdı. Görünür bu işdə nənəmin əli var idi: o, zamanında təhlükəli anı hiss etmişdi. Biz, Ofelya ilə həmin vaxt evlənmək qərarına gəlmişdik…”.