Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 39



        “Əlbəttə, ansamblın bəzəyi onun solistləridi. İvan Sozonov ilə mən rəqib idik. Daha çox tamaşaçı alqışı qazanmaq uğrunda bir-birimizlə mübarizə aparırdıq. Sazonov əsl rus tenoru idi. O. Lemeşev, Kozlovski manerasında oxuyurdu. Hansısa Aleksandr Jbanovun ansamblında işləmişdi, çox gozəl tenor idi. O, italiyanlara çox qulaq asdığından italiyan sayağı oxuyurdu. Lakin onun həqiqi təbii istedadı, zehni qabiliyyəti ilə tərs mütənasiblik təşkil edirdi. Yumşaq demiş olsam, o kütbeyin idi: sadə ariyanı iki-üç aya, ancaq öyrənirdi… Bugün onun istehzalı, yalançı bəhanəsini qəbul etmədən ilahi səsini çox yaxşı xatırlayıram.”

       Bu ansamblda Müslüm dostlar tapır, onlarla yaxından tanış olur və daima əlaqə saxlayır. Getdikcə möhkəmlənən dostluq ənənələri ailəli müğənninin gələcək həyatında müstəsna, daha doğrusu, mənfi rol oynayır.

        “Ansamblda çox gözəl, eyni zamanda bir o qədər qəribə xüsusiyyətə malik olan Volodya Vasilyevlə dostluq etməyə başladım və indi də bu dostluğumu davam etdirirəm. O, fövqəladə musiqi melomanı olduğundan səhərdən axşama kimi musiqiyə qulaq asmağı xoşlayırdı. Ən çox, İtaliya müsiqisinə diqqət yetirirdi. O, italiya operasının pərəstişkarı idi. Bakı Havadan Müdafiə Qüvvələri ancamblından sonra Volodya bir müddət filarmoniyada işlədi, müxtəlif xor kollektivlərində oxudu. Hətta, bir dəfə Bakı operetta teatrına üz tutdu və özünü yaxşı artist kimi göstərdi…”, -deyərək, -Müslüm xatirələr kitabında yazırdı.

       Müslümün söylədiklərinə istinad edərək maraqlı bir tendensiyanın, meylin şahidi oluram. Bəstəkar-müğənniyə yalnız qarşı tərəfi xarakterizə edən sənətkar kimi baxmaq olmaz, əksinə, eyni zamanda onun xüsusiyyətlərini, daxili aləmini açmaq üçün burda kifayət qədər yetərli arqument və faktlar mövcuddu. Əlimdə olan məlumatlar, gətirdiyim iqtibaslar bir daha sübut edir ki, müğənni özü xüsusiyyətdə insanlarla dostluq etməyi bacarıb, sənətinin peşəkarı olan ciddi, dərrakəli adamlarla oturub-durmağı, ünsiyyət qurmağı xoşlayıbdı. Bir atalar məsəlində olduğu kimi: “Mənə, -dünən , -dostun kimdir , -söyləyim, -sən kimsən”.

       Bakı Havadan Müdafiə Qüvvələrinin mahnı və rəqs ansamblı ilə birlikdə Müslüm bütün Qafqazı dolanır. Onun repertuarı estrada, klassik opera, operettalardan ariya, neopolitan, bəstəkar mahnıları, romans və müzikl ilə çox zəngin olubdu. Bir dəfə Qroznı şəhərindən, məzuniyyətdən qayıdan Müslümü Azərbaycan Respublikasının Mərkəzi Komitəsinə, daha doğrusu, komsomola dəvət edirlər və Helsinkidə keçirilməsi nəzərdə tutulan “Tələbə və Gənclərin VIII Ümumdünya Festivalı”na gedəcəyi haqqında xəbər verirlər. Sovet İttifaqından festivala gedəcək nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasından Tofiq Əhmədovun rəhbərliyi altında fəaliyyət göstərən “Azərbaycan Radiosu və Televiziyasının” orkestri, həmçinin, bir solist Müslüm Maqomayev daxil edilir. Helsinki festivalına getməzdən əvvəl Moskvada, “Frunze adına Sovet Ordusunun Mərkəzi Evi”ndə komissiya qarşısında çıxış etmək lazım gəlir. Burda, gələcək iştirakçılar proqram məşqinə toplaşırlar. Müslümün çıxışı xüsusi komissiyanın çox xoşuna gəlir. Bundan sonra həmyerlimiz özünü rahat hiss etməyə və gələcək müvəffəqiyyətinə inanmağa başlayır.

       Tofiq Əhmədovun rəhbərliyi altında çıxış edən orkestrlə Müslüm Helsinkidə küçədə, zalda, birsözlə, harda gəldi çıxış edir. Nədənsə o, fin torpağında özünü daha rahat və həmişə olduğundan daha sakit hiss etməklə bahəm, həm də daha ecazkar səslə oxuyur. Festival başa çatdıqdan sonra Ümumittifaq Lenin Kommunist Gənclər Təşkilatı Mərkəzi Komitəsinin