Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 40
-“Bakıdan olan gənc dünyanı fəth edir”.
Artıq onu payızda Tofiq Əhmədovun orkestri ilə birlikdə Moskvaya, Mərkəzi Televiziyaya dəvət edirlər. Həmin verlişdən sonra Maqomayev daha çox tanınmağa başlayır. Helsinkidən Bakıya qayıdan Müslüm Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Opera və Ballet teatrında təcrübə keçməyə başlayır.
Zaman keçdikcə onun şöhrəti sərhədləri aşıb keçir. Xalq arasında belə bir deyim mövcuddu: “Tanınmış, varlı, adlı-sanlı insanların qohum-əqrəbası həmişə çox olur”. Bəzən elə olur ki, bu qəbildən olan insanları etnik baxımdan öz tərkiblərinə aid edirlər. Muslum Maqomayevlə də, belə bir hal baş verir.
Bu həqiqətdirmi?
Hazır ki, vəziyyətdə belə bir suala cavab verməkdə Müslümün özündən başqa kiməsə istinad etmək yersiz olardı. Çünki söhbət dünya şöhrətli müğənnidən gedir. O, balaca olanda, atasını müharibədə itirir, əmisinin himayəsində yaşamalı olur, Azərbaycanda tə hsil alır, bu zaman heç kim onu itirib-axtarmır. Elə ki, müslüm yüksəlməyəyə, tanınmağa başlayır, həmən müslümü özünün ki, hesab edənlərin sayı çoxalmağa başlayır Görəsən o zaman müğənni bu haqda nə düşünürdü? Yaxşı olardı ki, bunu onun öz dilindən, daha doğrusu, onun xatirələrindən oxuyaq.
“Sonralar mənim həyatımda çeçen mövzusu yer almağa başladı. Hərşey Çeçenistana olan iki həftəlik qastrol səfərimdən sonra başladı. Qroznıdan Bakıya jurnalist Bəşir Çaxkiyev və onun iş yoldaşı gəldilər. Onlar mənim babam haqqında şəhərlərində muzey yaratmaq üçün material toplayırdılar. Əlbəttə, onlar mənimlə tanış oldular və təklif etdilər ki, onlarla gedim, Qroznı filarmoniysında işləyim, həmçinin, mənim babamın atası Məhəmmədin vətəni şolum tanı”.
Söhbətin bu yerində, Müslümün yadına onların ailəsində daima danışılan bir əfsanə düşür. Bu, əfsanə dağlı-qəhrəman Şamil ilə bağlı olur. Əfsanə haqqında Müslüm daha ətraflı yazmağı məqbul sayır və belə də edir:
“Keçən əsrdə (XIX əsr nəzərdə tutulur: -C.P.) dağlı-qəhrəman Şamil qoşunu ilə Şimali Qafqaz xalqlarını birləşdirmək missiyası ilə çox gözəl ęrfəxə O, yaşı az olan oğlan uşaqlarını bir kənddən götürüb başqa bir kəndə gətirir. Bu, missiya bütün kəndləri əhatə edir və bununla tayfalararası, xalqlararası qarışdırma aparılır. Hələ uşaqlıq illərini yaşayan və anlaqsız oğlan olan babamın atası Məhəmməd də bu qarışıqlığa düşür. Şamilin onu haradan gətirməsini heç kim bilmir. Mənim üçün, bu bir o qədər də əhəmiyyət kəsb etmirdi. Çünki mənim bədənimdə o qədər etnik qan qarışığı var ki, bu məni təbiətən, istər-istəməz beynəlmilər edir. Həyatın çətin olmasına baxmayaraq Məhəmməd övladlarına təhsil verir… Babamın bacısı Malikə çoxdan dünyasını dəyişibdi. Sağ olanda mən ondan bizim nəsilin mənşəyi haqqında soruşdum. O, isə hiyləgərcəsinə gülümsəyərək məni bu fikirdən yayındırdı və Şamil haqqında əfsanəni danışdı…”.
Müslüm dağlı Şamil haqqında əfsanəni danışmaqla, nəinki, özünün, ümumiyyətlə, Şimali Qafqaz tayfa və xalqlarının milli mənşəyi ilə bağlı çox böyük bir sualı gündəmə gətirmiş oldu. Sözün, həqiqi mənasında, təbiətcə beynəlmilər fəlsəfəsinə mənsub olan müğənnidən başqa bir cavab gözləmək absurd, cəfəngiyyat olardı. O, çeçen mövzusu ilə bağlı fikirləri birdəfəlik alt-üst etmək üçün söhbətinə davam edərək xatirələr kitabında yazırdı: “Bir dəfə Kremldə növbəti dövlət, yoxsa bayramla bağlı və ya hansısa ildönümü münasibəti ilə keçirilən konsertdə iştirak edirdim. Yüksək səviyyəli adi konsert idi. Burda “xalq” çinli artistlər iştirak edirdilər. Mən, artıq məşhur adam idim və çoxları mənim nəsil səcərəm ilə maraqlanırdılar. Çıxışdan sonra foyeyə çıxdım, gördüm ki, bir qruppa dayanıb, mərkəzdə isə Mahmud Esambayev onlara həvəslə nə isə danışır. Məni gördu və dedi: