Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 46



       Bu, konsert, həm də Müslüm üçün bir “vizit vəsiqəsi” rolunu oynayır. O, sonrakı konsertlərini, məhz bu, formada qurur: klassik əsərlər və estrada mahnıları… Onun təşəbbüsü ilə simfonik orkestrə gitara, zərb alətləri və bas əlavə olunur. Bununla da simfonik orkestr, estrada-simfonik orkestrinə çevrilir. Öz tələbkarlığı ilə seçilən K.İ.Şuljenko Müslümlə bağlı xatirələrində yazırdı:

        “Necə ki, Müslüm Maqomayev zühur edib, bir hadisə oldu. O, bir baş bütün gənclərdən yüksəkdə dururdu. O, dəlicəsinə hamının xoşuna gəlirdi”.

       Elə həmin gün Müslüm hiss etdi ki, artıq şübhələr arxada qalıbdı və o, heç vaxt gənclik ürəksizliyinə, ağciyərliyinə, cəsarətsizliyinə, inamsıyazlığcana qayıdmayacaqdır. Müğənni üçün uğurlu hesab olunan 1963-cü ilin sonunda onu Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Opera və Ballet teatrına soloist kimi qəbul edirlər. Eyni zamanda, Müslüm estrada konsert proqramları ilə müxtəlif şəhərlərin konsert salonlarında çıxışlar etməyə başlayır.

       Bəstəkar, pianoçu, müğənninin zəhmətsevər olması onun həyatının əsas mənası, əsas qayəsi olur. O, hər şeyi yaxşı, yalnız yaxşı yerinə yetirməyi xoşlayırdı. Yarım əsrlik səhnə həyatında Maqomayev opera, estrada, müzikl, kino, tamaşa, birsözlə, incəsənətin hansı yerində olmasından asılı olmayaraq bir amala, bir məsləkə xidmət göstərirdi tamaşaçını aldatmamağa və bununla da onu sevənlərə xalis sənət nümayiş etdirməyə. Bütün bunlar səhnə arxası və ya səhnəyə qədər sərf olunan zaman kəsiyi idi və böyük zəhmət hesabına başa gəlirdi.

       Onun violonçelist-professor Anşeloviç ilə keçirdiyi saatlar, ondan aldığı dərs, dəyərli məsləhət və tövsiyyələr hədər getmədi. Əmək və zəhmət, üstəgəl istedad və zəka, üstəgəl peşəkarlıq və pedaqoqluq, üstəgəl böyük və mərhəmətli ürək… Sadaladığım bu müsbət və yüksək keyfiyyətlər Müslümlə professor Vladimir Sezaryeviç Anşeloviçdə birləşirdi, vəhdət təşkil edirdi və gələcək intibaha yeni yol açırdı. O, yazırdı: “Mən vokalın əsası hesab olunan texniki ilməyin öhdəsindən gəlməyi öyrəndim. “Viktoriya” romansında vokalın etüd və qammasını olduqca təmiz oxudum. Vladimir Sezaryeviçin məşğələlərində aldığım təcrübə məqamında, sonralar “Seviliya bərbəri” operasında Fiqaro partiyasının üzərində işləyəndə gördüm ki, qamma və başqa bər -bəzəklər, saysız-hesabsız, həmçinin, kifayət qədər çoxdu. Müəllimimdən aldığım məsləhət əməlli-başlı işimə yaradı. İtaliyada təcrübə keçdikdən sonra Nazim Rzayevin rəhbərliyi altında Azərbaycan Dövlət Kamera orkestri ilə XVI-XVIII əsr bəstəkarlarının qədim mahnılarıɱna bütövazr ırdık (val, lördıd )

       Lakin, bu cür məktəb bütün həyat boyu bəs etmir: əgər bir ay məşğul olmasan, hamısını yenidən başlamaq lazım gəlir. Mən istəyərdim ki, xəyalən yox, həqiqətən bu, çox gozəl, qəribə, ziyalı insanı ürəkdən qucaqlaylm. Deyilənlərə rəğmən o, oğlu ilə birlikdə İsrailə köçübdü. Mən, onu son dəfə görəndə Vladimir Sezaryeviç ailəsi ilə getməyə hazırlaşırdı”.

       Müğənninin “Xatirələr məndə yaşayır” (“Живут во мне вспоминания”) kitabından gətirdiyim iqtibaslar bir daha sübut etdi ki, əmək, zəhmət, vaxt sərf etmədən, alın təri silmədən, zəka işlətmədən keyfiyyətli nəyə isə nail olmaq mümkün deyil, hətta, sən Müslüm Maqomayev olsan, belə…

       Müslümün həyatı əvvəldən-axıra qədər həmişə müxtəlif cəlbedici epizodlarla zəngin olubdu. Maraqlı bir hadisə o, məktəbdə oxuyanda baş verir. Mahnı oxumaq onun diqqətini o qədər cəlb edir ki, başqa fənlər tamamilə yaddan çıxır. Bunun məntiqi nəticəsi olaraq yeddinci sinifdə, ikinci il oxumaq təhlükəsi yaranır. Vəziyyətin acınacaqlı olduğunu görən gənc özünü itirmir və çıxış yolunu məktəb direktoru Tahir Atakişiyevin yanına getməkdə görür. Məktəb direktoru Tahir müəllim Rauf Atakişiyevin qardaşı idi. Rauf Atakişiyev ilə Müslüm Maqomayev Susanna Arkadiyevnanın yanında musiqi ilə mə şğul olarkən tanış olmuşdular. Müslüm və Rauf sərbəst, boş asudə vaxtlarını birlikdə musiqi ifa etməklə keçirirdilər. Tahir Atakişiyevin yanına gələn Müslüm ona müraciət edərək deyir: “Mən musiqi məktəbinə keçmək istəyirəm. Orda mən sevimli oxumağımla məşğul olacam. Heç kim məni riyaziyyatla məşğul olmağa məcbur etməyəcəkdi, çünki o