Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 9
“Şah İsmayıl” operasının birinci redaksiyasında muğamat improvizasiyaları Üzeyir Hacıbəylinin ilk operalarında olduğu kimi əsas yeri tuturdu. Soz yox ki, bəstəkarın bu üslubda opera yaratmasına əsaslı səbəblər var idi. O zaman Azərbaycan tamaşaçılarının mürəkkəb opera formalarını dinləməyə hazır olmadığını və musiqili teatra yenicə cəlb olunan xalqın zövqünə yaxın olan musiqiyə müraciət etmənin zəruriliyini Əbdül- Müslüm nəzərdə tutmaya bilməzdi. Maqomayevin “Şah İsmayıl” operasının üç redaksiyası mövcuddu. 1930-cu ildə Əbdül- Müslüm operanın üçüncü redaksiyasını yaradıb. Həmin redaksiyada musiqi materialı əvvəldən sona qədər notla yazılmış şəkildə təqdim olunur. Maqomayev klassik operanın bütün əsas formalarından -ariya, ansambl, çoxsəsli xor, həmçinin, Azərbaycan musiqisinin incilərindən sayılan zərb muğamlarından “Kəsmə şikəstə” və “Qarabağ şikəstəsi”ndən, ümumiyyətlə, milli musiqinin bütün janrlarından məharətlə və yüksək sənətkarlıqla istifadə etmişdi…” (one)
Əbdül-Müslüm Maqomayevin tarixi şəxsiyyət olan Şah İsmayıl haqqında bu cür mükəmməl bir əsər yaratmasının kökündə, bəstəkarın musiqi nəzəriyyəsini yaxşı bilməsi, Azərbaycan musiqisinə dərindən bələd olması, həmçinin, bir musiqiçi-dirijor kimi yetişməsi müsbət təsirini göstərmişdi. Bu isə, öz növbəsində obrazlar arasında möhkəm rabitə qurmağa imkan yaradan əsas əlamət kimi qəbul oluna bilər.
“Operanın əsas ideyası ilə əlaqədar olaraq, əsərin magistral dramaturji xətti bilavasitə Şah İsmayıl obrazı ilə sıx bağlıdı. Şah İsmayıl obrazının təsvirində bəstəkar iki üsuldan məharətlə istifadə edir: II, III və V pərdələrdə o, improvizasiya üsuluna müraciət edir. I pərdədə isə Şah İsmayılın atasına olan ehtiram və məhəbbəti, məhz opera musiqisinə səciyyəvi olan ariya janrında bəstələmişdi. Həmin ariyada, Əbdül- Müslüm zövqlə şüştər ladından istifadə edir. Əzəmətli uvertüranın ardınca gələn və insanları bilavasitə Aslan şahın gərgin həyəcanına cəlb edən operanın əvvəlində səslənən şahın ariyası old vuqca di. Şahın ürəyində olan ölüm qorxusu musiqidə hiss və həyəcanla təcəssüm edilir. Əsərin digər obrazları da, ifadəli musiqi materialları ilə xaraktrerizə olunubdu. Gülzarın səmimi lirik obrazı, “Döyüşçü qadın” Ərəbzənginin cəsarətli, igid siması tam dolğunluğu ilə burda əksini tapıbdı”.
Əbdül-Müslüm yaradıcılığında Azərbaycana, doğma vətənə, Azərbaycan xalqına olan böyük və səmimi məhəbbət, sevgi bəstəkarı bütün yaradıcılığı boyu izləmiş və yeni əsərlər yaratmağa sövq etmişdi. Bu, Qəbildən olan əsərlər bəstəkar tərəfindən, əsasən, XX əsrin 15-ci illərinin əvvəllərində, onun ömrünün son günlərinə qədər olan zaman kəsiyi ərzində bəstələnmişdi.
Bəstəkarın nota aldığı “Şah İsmayıl” və “Nərgiz” operaları, musiqili komediya janrında ərsəyə gətirdiyi “Xoruz bəy” operettası, opera – balet formasında yazdığı “Dəli Muxtar” əsərləri (1936) Azərbaycanda ilk instrumental simfonik əsərlər hesab olunur. “Ceyran”, “Azərbaycan çöllərində”, “Azad olunmuş azərbaycanlı qızının rəqsi”, “Dərviş”, “Şəlalə” rapsodiyaları, “RV-8” marşı, “Şur təsnifi”, “Yaz”, “Neft”, “May”, Tarla, Gözəlim, Durna
Bəstəkarın ərsəyə gətirdiyi "Nərgiz" (1935) operası Əbdül- Müslüm yaradıcılığının zirvəsi hesab olunur. Bununla bağlı bəstəkar gundəliyində yazırdı:
“İşimə ən çox ilham verən, əsərdə təsvir olunan hadisələrin mənə əziz və doğma olması idi. Mən bu mövzunu qəlbən sevdim, hərtərəfli düşündüm. Dramatik cəhətdən lazımi şəkilə saldım. Qədim əfsanə və nağıllardan uzaqlaşıb özüm gördüyüm, şahidi oldugum, həyatla təmas etdiyim günləri düşündükcə ruhlanır, yaradıcılı.”