Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 10



Əbdül-Müslümün gündəliyində “Nərgiz” operası ilə bağlı aşağıdakı məlumatları əldə etmək mümkündü. Gundəlikdə yazılır:

“ M.Bağırov , Həsən kişi, B. Mustafayev, Bədəl, H.Hüseynov , Molla Mütəllim, Ə.Zülalov , Üzeyir Hacıbəyli bu operaya yüksək qiymət verdilər. Mövzusunu xalq kütlələrinin üsyan hərəkatından götürən “Nərgiz” operası inqilabi məzmunda yazılan ilk Azərbaycan operası… olmaqla bərabər, ilk dəfə opera səhnəsində müasir həyatımızın qəhrəman obrazlarını yaratdı”.

“Nərgiz” operası haqqında yalnız Azərbaycan musiqişünasları fikir söyləməmişdilər. Bu, opera başqa respublikaların məşhur və tanınmış teatr xadimləri tərəfindən də yüksək qiymətləndirilmişdi. Belə şəxslərdən biri gorkəmli sovet musiqişünası, alim S.İ.Koryev idi. O, yazırdı:

"Nərgiz" realistik sovet operasıdır. İdeyaca çox zəngin, bədii fikir etibarı ilə dərindi. “Nərgiz” operası bizim müasir həyatdan götürülən və sovet inqilabi-qəhrəmanlıq mövzusunu əks etdirən, ideya və bədii səviyyəsi yüksək olan səhnə əsərlərindən birincisi olaraq sovet musiqili teatr tarixinə daxil olacaqdı”.

Əbdül-Müslüm Maqomayevin yaradıcılığını və həyatını paralel nəzərdən keçirmək və öyrənmək ümumi informasiyanı daha da genişləndirə bilər. Bəstəkar “Nərgiz” operasını yazdıqdan iki il sonra dünyasını dəyişmişdi. Hamıya yaxşı məlum idi ki, bu, opera Azərbaycanda sovet hakimiyyətinin qurulmasına həsr olunubdu. Bəstəkar-dirijorun aldığı çox saylı mükafat, təşəkkür və təltiflər, həmçinin, fəxri ad, məhz bu opera ilə birbaşa bağlıdı. Xalq arasında gəzən qeyri-rəsmi söhbətlərə görə bəstəkar repressiya qurbanı olub və sovet hakimiyyəti tərəfindən güllələnibdi. Ancaq onun Fəxri Xiyabanda dəfn olunması, həmçinin, övladlarının Kommunist Partiyasının üzvü olmaları, Cəmaləddinin yüksək dövlət vəzifələrində uzun illər çalışması, Məhəmmədin II Dünya müharibəsində qəhrəmancasına həlak olması bizə deyilənlərin yalan, dedi – qodu olmasını söyləməyə imkan verir. "Nərgiz" operası 1938 Həmin operanın librettosunu tarixi romanların görkəmli nümayəndəsi Məmməd Səid Ordubadi yazmışdı. Operanın yeni redaksiyasının müəllifi isə tanınmış sovet bəstəkarı Reynqold Qliyer, quruluşçu rejissoru S. Dadaşov, rəssamları NA Mustafayev və İ. Axundov, dirijoru Aərbaycan ictimaiyyətinə yaxşı tanış olan maestro Niyazi, Nərgiz rolunun ifaçısı isə görkəmli opera müğənnisi Şövkət Məmmədova olmuşdu.

Bəstəkarlıq fəaliyyətində çox aktiv olan Əbdül-Müslüm, həmçinin, böyük həvəslə ictimai işlərlə də məşğul olmuşdu. Eyni zamanda o, “Maarif Komissarlığı”nda şöbə müdiri vəzifəsində işləmiş və “Musiqili Teatr”ın bədii rəhbəri kimi çalışımışdı. 1929-cu ildə bəstəkar-dirijor Azərbaycan radio mərkəzinin musiqi rəhbəri kimi yeni yaradıcılıq işinə başlamışdı. Onun məşhur “Radio marşı” həmin illərdə yazılıb və bu günə qədər öz mahiyyətini itirməyibdi. Nəhayət ki, 1935-ci ildə bəstəkara Azərbaycan SSR- nin “Əməkdar incəsənət xadimi” fəxri adı verilir. Uzun illərdi Azərbaycan Filarmoniyası Maqomayevin adını daşıyır.

Onun haqqında yüksək fikir söyləyən Ulu Öndər Heydər Əliyev demişdi: “Bəşər tarixində elə şəxsiyyətlər var ki, onlar tək özləri üçün yox, bütün xalqın, bəlkə də bütün bəşəriyyətin xoşbəxtliyi naminə həyata gəlirlər. Bu cür insanlar xalqa, nəinki, sağlığında, hətta, ölümündən sonra da xeyir gətirirlər. Əbdül- Müslüm Maqomayev həqiqi, əsl realist xalq bəstəkarı, Azərbaycan musiqi incəsənəti yolunda duran və bütün sədləri amansızcasına vurub dağıdan cəsarətli novator idi”.