Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 12
“Sən demə əmim rəsm çəkməyi bacarırmış, ancaq mən heç vaxt bunu görməmişdim. Yadıma gəlir ki, bir dəfə masanın arxasında əyləşib Raxmaninovun portretini meydana gətirmək istəyirdim. Birdən əsəbiləşdim, çünki portret alınmırdı, az qaldı ki, onu cırım. Birdən qapı açıldı və əmim içəri daxil oldu. O, qonsu otaqda işləyirdi. Otağımda olan sakitlik onu maraqlandırır və o, bu məqsədlə mənim otağıma daxil olur və həmən deyir:
–Nə əziyyət çəkirsən? Qələmi gotur. Bax, sənin Raxmaninovunun gozləri lazım olan istiqamətə baxmır.
Biz birlikdə qənaətbəxış qədər işlədik. Əmimdə, o cümlədən bizim ailədə ümumi bir tələb, hökm var idi: onların hamısı babam, atam və əmim Camal üçün şərəf, heysiyyat, vicdan hər şeydən üstün idi və onlar bunu çox dəyərləndirirdilər”.
Müslüm və əmisi Cəmaləddin bütün həyatı boyu bir-birinə çox sıx tellərlə bağlı olmuşdular. Ancaq onların da həyatında, qəmli və kədərli anlar kifayət qədər yaşanmışdı.
“Uşaq olarkən biz heç vaxt qocalıq və yaxud ölüm haqqında düşünmürük. Elə bilirik ki, həyat mütəmadi olaraq öz axarı ilə yalnız bu cür gedəcəkdi. Bununla da biz özümüzü aldatmış oluruq. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu həqiqətən belədi. Biz o vaxt ayılırıq ki, müəyyən yaş həddinə çatmışıq və hər şeyi anlamağa başlayırıq. Ancaq həmin zaman artıq gec olur, biz yalnız “gedən qatar”ın son vaqonunu görürük”, -deyərək, -Müslüm fikirini tamamlayır.
Müslümə əmisi Camal və onun həyat yoldaşı Mariya İvanovnadan başqa yaxın heç kim ola bilməzdi, sözsüz ki, nənəsi Baydagül xanım istisna olmaqla. Baxmayaraq ki, anası Ayşət xanım, anabir bacısı Tanya və qardaşı Yura var idi. Ancaq həyatlarını Müslümün təlim-tərbiyəsinə həsr edən, onun qayğısına qalan əmisinin ailəsindən başqa bir kimsə bu məsuliyyəti daşıya bilməzdi. Elə, buna görə də, onların qocalığı, əldən düşməsi, zəifləməsi Müslümü çox narahat edirdi,hətta, sıxırdı.
O, bu anları xatırlayarkən deyirdi: “Bəli! Müsibət bizim də qapını döydü. Əmim iki dəfə infarkt keçirdi, sonra isə Mura xala… Açığını deyim ki, 4-cü Kreml İdarəsinin tibbi yardımı və həkim heyəti ilə yaxından tanış olduqdan sonra onların nəyə qadir olmasına, qüdrətinə ümidlərim tamamilə son itdi … Bir ildən sonra Mariya İvanov aorta damarının qırılması nəticəsində dünyasını dəyişdi”.
Əlbəttə, Müslüm Maqomayev üçün Mariya İvanovnanı itirmək çox ağır idi, bəlkə, doğma anası Ayşət xanımı itirməkdən də, daha çox… Uşaqlıqdan qayğısını çəkən, təlim-tərbiyəsində yaxından iştirak edən, doğma övladından seçməyən adamı itirmək asan və yaxud ağrısız keçə bilməzdi. Digər bir tərəfdən isə, yeganə və doğma olan əmisinin vəziyyəti heç də ürəkaçan deyildi. Ardıcıl keçirdiyi infarktlar getdikcə özünü daha çox büruzə verirdi, həmçinin, yaş öz sözünü deyirdi.
“Mura xalanın ölümündən sonra Camal əmim, sanki, mənəvi cəhətdən sındı. Masa arxasında qatlanaraq əyləşıb fikirə gedirdi, əli hər yerdən üzülmüşdü. Yadımdadı, bir siqaret götürdü və həqiqi siqaret çəkənlər kimi çəkməyə başladı. Mən siqareti onun əlindən aldım. O, incimis halda nəfəs aldı və dedi:
Özün tulla, əgər bacarırsansa”.
Əvvəlcə Mura xalasının dünyasını dəyişməsi, ardınca Camal əmisinin ciddi xəstələnməsi, ruhən düşməsi Müslüm Maqomayevə mənfi təsirini göstərməyə bilməzdi . O, sevimli peşəsi ilə əvvəlki kimi məşğul ola bilmir, vaxtının çox hissəsini əmisinin yanında keçirir, onun qulluğunda durmağa çalışırdı. Atasının üz çizgilərini xatırlamayan Müslüm üçün Camal əmisi atadan artıq olmuşdu, hərgah ki, doğma atanın yerini heç kim və heç vaxt verə bilməz, hətta, ən yaxşı bel doğmalar…