Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 13



Daima Müslümü diqqət mərkəzində saxlayan, ona həm xoş, həm də ciddi münasibət göstərən Cəmaləddin qardaşı oğlu üçün bütün doğmalarını əvəz edirdi. Müslüm maqomayevlər nəsilinin yeganə davamçısı olmasına baxmayaraq Camal əmisi onun təlim-tərbiyəsində çox ciddi, bəlkə də, olduqca ciddi mövqe sərgiləyirdi.

“Əmim Camal bütün həyatı boyu mənim üçün ev “İvan Qroznı”sı olmuşdu. O, həm özünə, həm də başqalarına qarşı çox ciddi və tələbkar idi. Bax, indi bu insan köməksiz qalıbdı. Mən onu evimə gətirdim, cay və ya bir qədəh konyak süzdüm, onunla çox sakit danışdım. Onun üçün ağır olan belə bir gündə, əmim nəhayət ki, danışdı… Nə üçün məni övladlığa götürmədiyinə aydınlıq gətirərək soruşdum. O, isə dedi:

Sən, Müslüm, öz atanın oğlusan! O, isə qəhrəman olubdu”.

Keçirdiyi növbəti infarktdan sonra Cəmaləddin Əbdül-Müslüm oğlu Maqomayev Moskvanın Kunsevo xəstəxanasında özünə gəlmədən dünyasını dəyişir. Onun nəşi Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyevin bilavasitə köməkliyi və iştirakı ilə Bakıya gətirilir və Fəxri Xiyabanda, atası bəstəkar, dirijor, pianoçu Əbdül- Müslüm Maqomayevin yanında dəfn olunur. Bu, barədə sonrakı fəsillərdə daha müfəssəl söhbət açacağam…

II Dünya müharibəsindən sonra Cəmaləddin uzun illər sovet Azərbaycanında müxtəlif yüksək dövlət vəzifələrində çalışmışdı. O, əvvəl Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, daha sonra isə SSRİ Nazirlər Sovetinin tərkibində Azərbaycan SSR- nin daimi nümayəndəsi kimi Moskva şəhərində fəaliyyəşdi göstö.

Məhəmməd Əbdül- Müslüm oğlu Maqomayev (1916-1945)

(Müslüm Maqomayevin atası)

Əbdül-Müslüm Maqomayev və həyat yoldaşı Baydagül xanımın ikinci oğlu Məhəmmədin heç bir musiqi təhsili yox idi. O, ancaq müsiqi alətində gözəl ifa etmək, mahnı oxumaq qabiliyyətinə, həmçinin, yaxşı rəqs etmək istedadına malik olan teatr tərtibatçısı kimi tanınırdı. Məhəmməd teatr rəssamı olmaqla bərabər, həm də mahnı oxumağa üstünlük verirdi, hətta, oxuduğu mahnıları royalda ifa etməklə özünü müşayiət edirdi. Onun teatr rəssamı kimi müxtəlif zamanlarda Bakı və Maykop teatrlarında tamaşaya qoyulan dram əsərlərinə rəsm tərtibatı verməsi, Məhəmmədin həqiqətən bacarıqlı və qabiliyyətli gənc olmasından xəbər verirdi. Əlimizdə olan materiallardan bəlli olur ki, Məhəmməd atası Əbdül- Müslüm kimi mərd, zəhmətkeş, bacarıqlı, qorxmaz bir insan olubdu. O, II Dünya müharibəsi başlayanda çəkinmədən, qorxmadan, öz xahişi ilə könüllü cəbhəyə yollanmış, bu döyüşlərdə şücaə şücaət göstərmiş və bunlardanęnduř qaslaəə bunlardan birində qcasərə

Çox təəssüflər olsun ki, balaca Müslümün uşaqlıq həyatı ata və ana qayğısı, nəvazişi olmadan keçmişdi. Onun atası müharibənin qurtarmasına bir neçə gün, bəlkə də saatlar qalmış Almaniyanın Kyustrin şəhərində gedən qızğın və qanlı döyüşlərin birində yaralı əsgər yoldaşını alovun pəncəsindən xilas etmək istəyərkən düşmənin açdığı güllə nəticəsində həyatla vidalaşmışdı. Komandirləri tərəfindən “Sovet İttifaqı Qəhrəmanı” adı almağa irəli sürülməsinə baxmayaraq bürokratik əngəllər nəticəsində canı bahasına qazandığı “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülməmişdi.

Məhəmmədin müharibədə keçdiyi həyat yolu haqqında hərbi jurnalist Mixayıl Zaxarçukun “ Krasnıy zvezda ” («Qızıl ulduz») qəzetində dərc etdirdiyi “Yüzillik” sərlövhəli geniş məqalə sensasiyaya səbəb olmuş və nəticədə qəhrəman haqqında sənədli povestin yazılması ilə başa çatmışdı. Müəllif bu barədə yazırdı: