Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 14



“Məqalə dərc olunandan bir xeyli müddət sonra hər tərəfdən mənim ünvanıma, redaksiyaya kəşfiyyatçı (Məhəmməd Maqomayev: -C.P.) ilə bağlı çoxsaylı məktublar daxil old. Həmin məktublardan birinin müəllifi sovet vətəndaşlarının çox sevimli kinolarından biri hesab olunan “Dörd tankçı və it” ininin ssenari müəllifi, film milliyyətçə polyak olan Yanuş Pşimanovski idi. Onun və başqa hərbi alay yoldaşlarının hamısı birmənalı şəkildə Məhəmməd Maqomayevin “Sovet İttifaqı Qəhrəmanı” adına təqdim olunduğunu təsdiqləryirdilə”.

Keçmiş döyüşçülərdən gələn çoxsaylı məktublar və bu məktublarda söylənilən fikirlər, o cümlədən sənədli epizodlar Mixayıl Zaxarçuku bir qədər də ruhlandırmış və o, hərbi jurnalist olaraq bu işi davam etdirmək məsələsini qarşısına prioritet vəzifə olaraq qoymuşdu.

M. Zaxarçuk yazırdı: “Bir gün redaksiyaya Georgiy Qavriloviç Paxlebayev adlı bir cəbhəçi gəldi. Onun əlində Krım vilayətində çap olunan həftəlik qəzetlərin birində dərc edilmiş qeyd var idi. Həmin qəzet yazırdı: “məşhur müğənninin atası ( Müslümün : -C.P.) Polşada həlak olub və orda da dəfn olunubdu. Ancaq Georgiy Qavriloviç inamla təsdiqləyirdi ki, Böyük Vətən müharibəsi illərində o, 301 saylı atıcı diviziyanın 823 saylı artile riya alayına komandirlik edibdi. Həmin zaman ərzində Məhəmməd Maqomayev kəşfiyyat bölüyünün komandiri, serjant çinində xidmət gostəribdi. Məhz, buna görə də, sabiq komandir israrla deyirdi , Bu, barədə əsgərin doğmalarına və yaxınlarına şəxsən özü yazılı surətdə məlumat veribdi”.

Qəzetin bir cür, cəbhəçi- artilleriya komandirinin başqa cür informasiya verməsi hərbi jurnalistin diqqətindən kənarda qala bilməzdi. Odur ki, müəllif məsələyə aydınlıq gətirmək məqsədilə tez bir zamanda tədqiqata başlayır və jurnalistikanın bütün mövcud qayda və priyomlarından səmərəli istifadə edir.

Bu, haqda Mixayıl Zaxarçuk yazırdı: “Alimlik dərəcəsi olan sənətşünaslıq namizədinin (Burda söhbət cəbhəçi komandir G.Q.Paxlebayevin gətirdiyi, Krımda dərc olunan qəzetdə verilən məqalənin müəllifindən gedir: -C.P.) qəzetdə bu faktı dərc etdirməsi mənə inandırıcı görünsə də, başqa bir tərəfdən sabiq cəbhəçi zabitə inanmamağa heç bir haqqım yox idi. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, keçmiş komandir həmin qara günləri kifayət qədər yaxşı xatırlayırdı və mənim suallarıma düzgün, dürüst və səlist cav. Hətta, Georgiy Qavriloviç döyüşlərdən birində göstərdiyi şücaətə görə Məhəmməd Maqomayevin “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülməsi haqqında sənədləri hazırlayıb yuxarı qərargaha təqdim etdiyini vurğulayırdı…”.

Qarşısına məqsəd qoyan müəllif, bu məsələni araşdırmaq məqsədilə SSRİ Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə gedir. O, 1941-1945-ci illərdə Sovet Ordusundan əbədi olaraq geri qayıtmayan serjant və əsgərlərin “Əlifba” kartoçkasında aşağıdakı məlumatları aşkarlayır. Həmin kartoçkada lazım olan informasiya tamamilə öz təsdiqini tapır. Orda yazIlmIsdI:

“301 saylı atıcı diviziyanın, 823 saylı artileriya alayının kəşfiyyat bölüyünün komandiri serjant Məhəmməd Əbdül-Müslüm Maqomayev 1916-cı ildə Bakıda doğulub, ÜK (b) Partiyasının üzvü olub, Bakı şəhəri, Yanvar küçəsi, ev–19 / 113 ünvanında yaşayıbdı. Bakı şəhər Hərbi Komissarlığı tərəfindən hərbiyə çağırılıb və 04/24/1945-ci il tarixində qəhrəmancasına həlak olubdu. Almaniyanın Kyüstrin şəhər stadionunun şimal – qərb ətrafında dəfn edilibdi. Əsas: Daxili dəftər – 69002. 06/27/1945-ci il”.