Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 16
Mixayıl Zaxarçuk xatirələrində yazırdı:
“Əvvəlcə Müslüm susdu və sonra həmişə olduğu kimi tələsik bir siqaret yandırdı. Həmin an nədənsə mənə ağır gəldi və öz-özümə daxilən sual verdim: nə üçün mən bu qədər məşhur bir insanın vaxtını alıram? Bu zaman, onun həyat yoldaşı Tamara xanım bizim üçün ətirli, yaxşı dəmlənmiş Bakı çayı gətirdi…”.
Jurnalistin xatirələrindən bəlli olur ki, ailə arxivi ilə bağlı Müslüm Maqomayevə ünvanlandığı suala yox cavabı alması onu çətin və çıxılmaz vəziyyətə salsa da o, təəssüfünü büruzə verməyərək, əvvəlki görkəmində qalır, hətta, bütün bunlara baxmayaraq hər şeyi mövcud normalar çərçivədə qəbul edir, ətirli Azərbaycan çayını içəiçə daxilən özünə toxtaqlıq verir.
“İnanıram ki, siz məni düz başa düşəcəksiniz. Atama məxsus olan hər şey şəxsən mənə aiddi. Mən mərhəm, gizli şeyləri yaymağı xoşlamıram. Həqiqət naminə qeyd edim ki, çox əvvəllər əmim Camal atamın məktublarından bəzisini Bakı qəzetlərindən birinə vermişdi. Məncə, bu “Vışka” qəzeti idi. Ancaq mən bunu heç vaxt etməmişəm. Sizin təklifenizi… Bağışlayın bir daha, comərdcəsinə, inanıram ki, siz məni düzgün başa düşürsünüz…”, -deyərək, – Müslüm fikirini tamamlayır.
Jurnalist heç bir açıqlama olmadan hər şeyi gozəl bilirdi və başa düşürdü. Müslümün ailə arxivini, əsasən də, atasının cəbhə məktublarını başqa bir şəxsə verməməsini düzgün qiymətləndirirdi.
Jurnalist xatirələr dəftərində yazırdı:
“Əslində həmin vaxt Müslüm düzgün qərar qəbul etdi. Hansı əsasnan o, ailə arxivini mənə verməli idi. Baxmayaraq ki, mən tanımadığı adam deyidim, amma belə götürəndə kənar şəxs idim. Kim buna zəmanət verə bilərdi ki, mən atasının cəbhə məktublarından səliqəli və düşünülmüş formada istifadə edəcəm? Başqa bir tərəfdən isə bu mənə təəssüflü və ağır gəlirdi. Ona görə ki, “qızıl ulduzlu” hərbi qəzetlər üçün bu həqiqi material idi. Demək olar ki, həmin materialı əlimdə tutmuşdum, lakin o birdən-əlimdən çıxdı!”.
Görünür çox götür-qoy etdikdən sonra o, (yəni Müslüm Maqomayev: -C.P.) düşünür və sonda qərara gəlir ki, atasının cəbhə məktublarını hərbi jurnalistə təqdim etsin. Səbirsizliklə səhərin açılmasını gözləyən Müslüm sübh-tezdən Mixayıl Zaxarçuka zəng edir və atasının cəbhə məktubları ilə bağlı fikrini ona çatdırır.
Sevincinin həddi-hüdudu olmayan Zaxarçuk bu barədə yazırdı:
“Hörmətli oxucularım , bu cür şad, həm də xoş xəbərdən sonra mənim sevincimi, ümumiyyətlə, vəziyyətimi təsəvvürünüzə gətirə bilənərsinizmi?.. Müslüm řetdizəx…”
Hərbi qəzetin müxbiri əlinə düşən fursəti buraxa bilməzdi. Müslümdən aldığı çox saylı cəbhə məktubları jurnalistin qarşısında müharibə ilə, şəxsən Məhəmməd Maqomayevlə bağlı yeni bir tarixə açırdmaqli qır bunar maksimumum Sonda balaca bir qəzet qeydindən faktlara əsaslanan analitik bir məqalə, daha sonra isə sənədli bir povest masa üzərinə qoyulur. Bu, mühüm məsələ ilə bağlı jurnalistin şəxsi düşüncələri, daha aydın, daha obyektiv və daha sanballı görünür. O, yazIrdI:
“Mən, Müslüm Maqomayevin atası ilə bağlı sənədli povest yazdım və onu özümün “Öz borcumu şərəflə yerinə yetirirəm…” adlı kitabımda yerləşdirdim. Burda, həmçinin, Almaniyada həlak olan əsgərlərin Polşada dəfn olunmasına da, aydınlıq gəldi. Sən demə marşal QK Jukov Sərkərdə çox gözəl bilirdi ki, Ali Komandanlıq ondan nə üçün Reystaxt divarları önündə bu qədər əsgərin həlak olmasını soruşacaqdı . Sözsüz ki, bu, tamamilə başqa bir mövzunun söhbətidi …”, -deyən, – M.Zaxarçuk fikirini belə yekunlaşdırır .