Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 17
Məhəmməd Əbdül-Müslüm oğlu Maqomayev Ali Komandanlıq tərəfindən dörd dəfə ordenlə təltif olunmuşdu. Bunlar “Qızıl Ulduz” (sentyabr-1944), “ Qırmızı Bayraq ” (Fevral-1945). Məhəmməd haqqında yazılan sənədli povest yazıçı-hərbi jurnalist Mixayıl Zaxarçuk tərəfindən vaxtilə Almaniyada yerləşən Sovet Qoşun Qruppalaşmasının mətbuat orqanı olan “Sovet Ordusu”, Şimal Qoşun Qruplaşmasının mətbuat orqanı olan “Qələbə bayrağı” və Şimali Qafqaz hərbi dairəsinin mətbuat orqanı olan “Qızıl bayraq” qəzetlərində eyni vaxtda dərc olunmuşdu.
Müslüm atası haqqında yazırdı: “O, çox zəkalı, istedadlı, qabiliyyətli bir insan olub: heç yerdə xüsusi musiqi təhsili almadan royalda yaxşı ifa etməyi və oxumağııbıbacar. Əlbəttə, bu onsuz da başa düşüləndi: babam kimi peşəkar, universal bir adamın yanında böyüyəsən, sözsüz ki, həm çalmağı, həm də oxumağı öyrənəcəksən. Atamın səsi o qədər də böyük diapazona malik olmayıbdı, deyilənlərə görə çox səmimi, ürəyəyatımlı olubdu. Mənim səsim atamdan deyil, anamdan mənə gəlibdi… O, həmçinin, çox istedadlı teatr rəssamı kimi Bakıda, daha sonra Maykopda tamaşalar tərtib edib və orda da anamla tanış olubdu.”
Söhbətin bu yerində, Müslümün “orada da, anamla tanış olubdu”, -deməsinə, -münasibət bildirmək, məncə, yerinə düşər. Ayşət xanımın xatirələrinə müraciət edərkən mən tamamilə başqa hadisənin şahidi olmuşdum.
Ayşət xanım öz xatirələrində yazırdı:
“Mən Müslümün atası Məhəmməd ilə 1941-ci ildə, Moskvada tanış oldum. Onda mən, Teatr İnstitutunda oxuyurdum… Hətta, Stalin adına təqaüd alırdım. Paytaxt Moskvada Azərbaycan incəsənəti ongünlüyü açıldı. Bu, tədbirlə bağlı Bakıdan Opera və Balet teatrının artistləri gəlmişdilər. Bəstəkar Əbdül- Müslüm Maqomayevin həyat yoldaşı Baydagül xanım və oğlu Məhəmməd də onların arasında idi. Biz, Məhəmmədlə həmin zaman tanış olduq. Başladıq dostluq etməyə, bununla da bizim sevgi romanımızın bünövrəsi qoyuldu…”.
Mənə elə gəlir ki, Müslüm bu məsələdə yanlışlığa yol verib, çünki Ayşət xanım özü ilə baş verən hadisə haqqında səhv fikir söyləyə bilməzdi. Həmin anları Ayşət xanımdan başqa heç kim dəqiq nə yadda saxlaya, nə də düzünü deyə bilməzdi. Odur ki, Ayşət xanıma daha çox inanmaq məcburiyyətində qaldım. Çünki hadisənin ikinci şahidi, Müslümün atası Məhəmməd müharibədə həlak olduğundan onun fikirini öyrənmək qeyri–mümkün idi. Demək, Ayşət xanımın xatirələrinə inanmamaq mənim ixtiyarım xaricindədir . Bu, hadisəyə Ayşət xanımla bağlı bölmədə bir daha qayıtmalı olacam. O ki, qaldı Ayşət xanımın Məhəmmədlə bağlı dediyi, -“Maykop şəhərindən onu qanlı-qadalı günlərə yola saldım”, -deməsinə, -burda sadəcə olaraqdiiv.qoleyri obyekt Beləki, SSRİ Müdafiə nazirliyinin arxivində olan sənədlərdə gostərilir ki, Məhəmməd Maqomayev Bakıdan könüllü olaraq cəbhəyə yollanıbdı.
Təəssüf hissi ilə qeyd etmək olar ki, bir neçə il teatr rəssamı işləyən Məhəmmədin yadigar olaraq nə bir bədii rəsm əsəri, nə bir cizgi elementlərini özündə əks etdirən portret əsəri, nə də ki, bir esgiz, layihə əlamətlərini göstərən hər hansı bir işi qalmayıbdı. Müslümdə rəssamlığa meylin olması, hətta, dəyərli əsərlər yaratması bizə imkan verir ki, qismən də olsa Məhəmmədin rəssam olmasını qəbul edək, lakin heç bir sübutun, dəlilin olmaması müəyyən qaranlıq məqamlar yaradır. Mən, burda xatirə meyarına əsaslanmalı və ya üstünlük verməli oluram.
“Sonradan mənə məlum oldu ki, atam teatrın quruluşu başa çatdığı və yaxud multiplikasiyanın yaranması ilə əlaqədar yeni, həmin zaman təzəcə peyda olan xüsusi multikator peşəni sini dəö. Ola bilsin ki, köhnə sistemin artıq başa çatdığını biləndən sonra o, bütün arxiv materiallarını ləğv edibdi”, -deyərək, -Müslüm fikrini tamamlayır.