Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 18
Müslüm Maqomayevin söylədiyi fikirdə bir məntiq, bir inam tapmaq mümkündü. Sözün açığı, burda alternativ variant da görünmür. Yaxınlarının və dostlarının söylədiyinə əsasən o, gözəl, cazibadar, yaraşıqlı bir gənc oğlan olubdu. Ağıllı, həyat sevər olması ilə bərabər, Məhəmməd, həm yaxşı rəqs, həm də qadınları müdafiə etməyi, dalaşmağı bacarıbdı. Bu faktlara istinad etmiş olsam Müslümün atası Məhəmməd ilə bağlı söylədiyi xatirələr insanı nə qədər ruhlandırırsa, bir o qədər də məyus edir. Baxmayaraq ki, müğənni bu xatirələri qələmə alanda artıq onun yaşı 50-dən yuxarı idi. Ancaq o, yaşının bu həddinə baxmayaraq, sanki, gövrəlir, körpə uşaq kimi həyatdan inciyir, küsür və bir anlıq uşaqlıq illərinə qayıdır.
Müğənni xatirələrində yazırdı: “O, çox çevik və cəld olubdu. Xasiyyətimə görə mən ona oxşamamışam. Hər hansı bir qastrola hazırlaşmaq mənim üçün həmişə problem yaradıb. Harda bir səs-küy, dava-dalaş olsa idi, atamı mütləq orda tapmaq olardı. Hər şeylə həddindən artıq maraqlanan, tez aludə olan, tərs, inadkar, dalaşkən olmasına baxmayaraq, qəlbən həyat sevən, prinsiplərinə sadiq qalan, həm yüngülxasiyyət, həm qəzəbli, həm də qarşısıalınmaz, şiddətli və çox soyuq, çox ağır, çox zabitəli olubdu. Onun vaxtsız həlak olması burdan irəli gəlmirmi? Məni ruhi iztiraba salmamaq üçün uzun müddət doğmalarım onun sağ olmamasını demirdilər…
O zaman ki, respublikanın rəhbəri Mircəfər Bağırov bizim ailəyə xeyirxahlıq, mərhəmət gostəribdi. Atam bundan istifadə edib, müharibədən qala bilərdi…
Mircəfər Bağırov əmim Camala deyibdi:
Oh, hara girir? Öləcək! O ki, dəliqanlıdı, dayanan deyil. Birinci güllə onun olacaqdı.
Atam isə heç kimə qulaq asmadı. Öz-özünə dedi:
Lazımdı!
Getdi cəbhəyə. Geri baxmadan, xəstə vətənpərvər!”
Məhəmmədin cəbhədən ailəsinə göndərdi bir məktub hər normal insanı riqqətətətətətətək dərəcədə təsirli, h appearance
Yox!
Elə düşünməyin ki, burda söhbət hansısa işgəncədən, bədheybətdən və ya qorxulu bir monstrdan gedir.
Əsla yox!
Bu, məktubda söhbət cəbhədə döyüşən, hər an ölümlə üzbə-üz dayanan insanın daxili aləmindən, ölüm kabusunun altında oğlunun həddi-buluğa çatmasını arzulayan və ona ad günü münasibətilə təbrik məktubu yazan qəhrəman atanın qısa müddətli sevincindən, cəsarətindən, özünə olan inamından gedir. Bu, məktubla tanış olanda, onu bir nəfəsə oxumaq mümkün olmadı. Zünki qəhər adamı boğurdu. Bir tərəfdən Müslümə olan sevgi, o biri tərəfdən balaca, atasını itirən üç yaşlı uşağa olan məhəbbət, digər bir tərəfdən döyüş meydanında qəlbi övladının yanında olan, onun böyüməsini arzulayan, bu münasibətlə çırpınan, döyünən, fəryad edən ata ürəyi dil-dodağı bağlayırdı, sanki, boğaz quruluqdan tıxanırdı. Bu, sətirləri yazarkən, hələ də həmin məktubun təəssüratından, ovsunundan çıxmaq mümkün olmamışdı. Odur ki, həmin məktubu olduğu kimi oxuculara təqdim etməyi özümə, həm borc, həm də zəruri bildim. Həmin məktubda Məhəmməd yazırdı: “Bu gün mənim oğlumun ad gunüdü. Ona nə arzulayım? Əlbəttə, çox-çox xoşbəxt illər, sevinclə dolu həyat, qoy onun həyatı insanlıq üçün vacib olan faydalı əməklə zəngin olsun, kimin ki, adınɱ o, kimişıyır. Qoy o, yaxşı hər şeyi ehtirasla sevməyi öyrənsin, ancaq qoy o, bizim xoşbəxt həyatımızın qarşısına sipər çəkmək istəyən hər kəsə nifrət etməyi bacarsın, qoy o, erkən yaşlarından bu qan tökən müharibəni törədən barbar-almanların tarixini anlasın. Qoy o, onun kimi cumbulu, balaca uşaqların, bütün xalqın xoşbəxtliyini canları hesabına müdafiə edən, amma heyifsilənməyən rəşadətli, cəsur, igid insanları yüksət qliy.