Где, когда и как родился мугам - страница 10



6. Enlil İsmə Dağan, tum u ki, ağaca nəmlük ala,

7. Ana-bala təkin bir hara süd.

(Ana balanı isti südü ilə qidalandıran təki, toxum da ağacı yerdəki nəm rişə ilə qidalandırır).

8. Xışçı gəlsə, cütdə biyim.

* * *

Hər şeydən əvvəl onu qeyd edək ki, MUSİQİ sözünün özü “şumerlərdən” (qədim türklərdən) alınmadır. Halbuki dünya ensiklopediyaları təsdiq edir ki, söz öz kökünü yunan dilindəki μουσική мosike-dən alır. Haqlıdırlar. Şərtsiz, bütün Avropa dilləri minlərlə məişət sözlərini və əsasən elmin bütün sahələrinin, xüsusilə, tibb və musiqi terminlərinin çoxunu latın, yunan dillərindən alıblar. Avropalılardan Şərqə, xüsusən “şumerlərə” coğrafi məkanca tarixən ən yaxınları da elə məhz yunanlar olublar. Türk mənşəli etruskların isə latınlılarla bir dövlətdə yaşadıqlarını, bu günkü italyanlıların çoxunun kökündə durduqları faktı çox gizli mətləblərdən xəbər verir. Ona görə də avropalıların musiqi terminini yunanlardan aldıqları fikri həyatı reallığın əksidir. Bununla belə, mixi yazıların yeni oxunuşu bizə daha dərin köklü mətləblərdən danışır.

Digər ulu yazarımız Şəmsi Ədəd Abi ərəbin onun Türükkü (Türk) adlandırdığı millətinin başına gətirdiyi fəlakətdən qəzəblənərək, ona üz vermiş faciəni bir anlığa unutmaq üçün musiqiyə və bir cam şəraba müraciət edir:


Çal müziim, rah caam (bir cam şərab), al qəm!..

Samma hurrayam (horrayam, sıyığam)!


Bu kitabın elmi redaktoru prof. Rafik İmrani bu cür tərcüməmə irad turur. O qeyd edir ki, burada Rah şərab kimi işlənməyib. Rah muğamlarımızdan, Cam isə qədim müsiqi alətlərindən birinin adıdır. Əgər qəmi götürmək üçün şərq, xüsusilə Azərbaycan şairlərinin daima şəraba müraciət ənənələrini bir kənara qoysaq, bu versiya da çox mümkündür. Belə olduqda, biz həm mixi yazılarda aşkar olunan muğamlarımıza, həm də musiqi alətlərimizə birini də əlavə edə bilərik: Rah – muğamı və Cam – musiqi aləti.

O zaman sətir belə tərcümə edilməlidir:


Çal müziyim, ey Cam Rah çalıb da, qəmləri al!.. Tamamilə mümkündür.

Digər antik qadın yazarımız Бikə gil yazılı poemasında deyir:

Çıkaru restü, Tan hakkısı (Nə çıxarı, nə qalığı oldusa-hamısı açılan Dan haqqı)

Ana Mahur rəqsi aradı, (Dana (Erə) Mahur rəqsi sifariş verdi),

Haş Huri aradı, (Haş – qalmaqal, huri – azadlıq),

Müzik kannı! (Qanı musiqidən yoğrulmuş)

II.2. TARVARDISA, MUĞAMVARDI, UD, SAZ, ZIL, CAMVARDISA, MUĞAMOXUNURDU

Yenidən tərcümə olunmuş mixi yazılı mətnlərində mahuruşşaq muğamlarının adlarına rast gəldiyimizdən, Azərbaycan ictimai fikrində mövcud olan “Muğamın ərəb və ya fars musiqisi növünə aid edilib, onlardan iqtibas edilməsi” və yaxud onun “islamın (azanın) məhsulu olması” fikrinin də yanlış söylənildiyini cəsarətlə təsdiq edə bilərik. Bir həqiqəti qeyd edək ki, yuxarıda dediyimiz kimi, Cıqqur At məbədinin adı belə öz-özlüyündə muğamatın mənşəini təyin və təmin edir.

Yazılı dəlillərə əsaslanaraq demək olar ki, bu məbədlərdə göylərə və yaxud Nəbü Naidə, Rəbbə, Ilaya, Bariya, Allaha dua edən qədim dövr insanı öz duasını ucadan, məqamla və xüsusi avazla ifa edirdi – tarın, udun, sazın, zilin, camın müşaiyəti ilə. Bu mənada məqam sözünün ərəbə məxsusluğu ideyası da puçdur. Musiqi janrının yaradıcısı ulu nəsildirsə, yaratdığı əsərin adını o hələ dünyaya gəlməmiş özgədən necə ala bilərdi? Elmi ədəbiyyatın təsdiqinə görə ərəbin yaşı beş min ildir. Muğam isə yeddi min il öncə yaranmış təbiət möcüzəsidir. Məbəddə məqamla dua oxumalar uşşaq, mahur, rast, dağuna, demüzi, rah muğamlarının ifası ilə baş verirdi. Və muğam termininin məqam sözündən yarandığını deyənlər, çox yəqin ki, həqiqəti söyləyirlər. Bəlkə ona görə də, bütün dinlərdə allaha duanın aramla səslənməsində uluların öz allahlarına məqamla – muğamla müraciətləri durur. Allah “melcesindən” (ocağından) sonsuz göylərə bu yolla üztutma sonralar şərqdə yaranan bir sıra dinlərə də sirayət edirdi. Yəhudi, xüsusilə, ərəb ölkələrində yaşayan yəhudilərin sinaqoqlarda Allaha duaları, müsəlman məscid və camelərində imam, molla və ya azançının