Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 25



Azərbaycanla, Azərbaycan xalqı ilə, o cümlədən bu müqəddəs torpaq ilə bağlı münasibətlərinə aydınlıq gətirən Ayşət xanım həmişə qürurla deyərdi:

“Mən və oğlum Müslüm azərbaycanlıyıq və belə də dünyanı tərk edəcəyik. Bunu dəfələrlə elan etmişik və bir daha elan edirik: biz bir azərbaycanlı kimi bu torpağa, bu xalqa, onun səmimi adamlarına həmişə borçluyuq!”

Ayşət xanım Əhməd qızı Maqomayeva 2003-cü ildə Murmansk şəhərində birdəfəlik həyata göz yumdu və orda da dəfn olundu. Bu, ailənin dəfn olunduqları əraziləri xəritə üzərində qələmlə birləşdirsək böyük bir üçbucaq almış olarıq. Ata Məhəmməd Polşanın Hoyne qardaşlıq, ana Ayşət xanım Rusiyanın Murmansk şəhər qəbiristanlıqlarında dəfn olunduqları halda, onların övladları Müslüm çox sevdiyi doğma Azərbaycanda, onun paytaxtı möhtəşəm və qədim Bakı şəhərində, Fəxri Xiyabanda, babası Əbdül- Müslüm Maqomayevin və əmisi Cəmaləddin Maqomayevin yanında uyuyur. Allah hər üçünə rəhmət etsin! Amen!

Tamara İlyiniçna Sinyavskaya (1943)

(Muslum Maqomayevin həyat yoldashı)

Keçmis S SRİ-nin və Rusiya Federasiyasının opera müğənnisi, metso – soprano səsin görkəmli nümayəndələrindən biri, SSRİ Xalq artisti (1982), 1964-cü ildən “Böyük teatr”ın solisti, nüfuzlu Sofiya, Verve və Moskva Beynəlxalq vokalçılar müsabiqələrinin qalibi, P.İ.Çaykovski adına IV Beynəlxalq müsabiqənin (1970) birinci mükafatçısı Tamara İlyiniçna Sinyavskaya 6 iyul 1943-cü ildə, II Dünya müharibəsinin, ən qızğın çağında, Moskva şəhərində fəhlə ailəsində anadan olmuşdu.

Hələ kiçik yaşlarında olarkən balaca Tamarada musiqiyə, mahnıya, rəqsə böyük həvəs oyanır. O, altı yaşında olarkən V. S . Həmin zaman bu musiqi kollektivi Moskvanın Stopani küçəsində yerləşən pionerlər evinin tərkibində fəaliyyət gostərirdi. İş elə gətirir ki, kiçik Tamaranın yaşadığı ev ərazidən çox da uzaqda olmur, Marxlevski küçəsində yerləşir.

1953-cü ildə xor ansamblına gələn on yaşlı Tamara bir müddət sonra Moskva Konservatoriyasının nəzdində yerləşən musiqi məktəbinin nəğmə sinifinə qəbul olunur. Ailəni təkbaşına saxlayan anasına maddi dəstək olmaq məqsədilə balaca qızcığaz “Kiçik teatr”da “qoşucu” xora keçməli olur. Həmin vaxt musiqi məktəbində Tamaraya 28 rubl təqaüd verirdilər. Teatrda isə bu rəqəm bir balaca çox idi. Bu isə, həmin dövrdə ailəyə böyük kömək və yardım hesab olunurdu.

Tamara İlyiniçna həyatın ona bəxş etdiyi istedad və qabiliyyətlə bərabər, həm də əsl zəka nümayiş etdirirdi. O, uşaqlıq dövründən başlayaraq bütün musiqi mərhələlərini həyat yoldaşı Elə bir maneə yox idi ki, Tamara xanımın qarşısını kəssin. Bütün sipərləri amansızcasına vurub dağıdan bu, incə və mehriban qızcığaz çətinliyin nə olduğunu bilmirdi. O, həm də çox zəhmətkeş və əməksevər bir insan xüsusiyyətinə malik idi.

Tamara Sinyavskaya müsahibələrinin birində etiraf etmişdi ki, mürəkkəb tapşırıqları xoşlayırdı . İş elə gətirir ki, tale onu bütün həyatı boyu bolluca sevindirir – hər yeni opera partiyası yeni zirvənin fəth olunması ilə yekunlaşır. Onun vokal məharəti və ustalığı bütün dünya tərəfindən yüksək qiymətləndirilir. Bununla da, Tamara adını XX əsrin ikinci yarsının musiqi tarixinə, musiqi salnaməsinə həmişəlik yazdırır.

Yuxarıda sadaladığım musiqi məktəbləri ilə yanaşı Tamara İlyiniçna Moskva Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən musiqi məktəbində dövrünün görkəmli, tanınmış pedaqoqlarından sayılan: L.M.Markova və O.P.Pomerantsevadan , Dövlət Teatr İncəsənəti İnstitutunda isə musiqili komediya aktyoru fakültəsi ndə məşhur DB Belyavskidən dərs alır.