Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 26



Məktəbi qurtardıqdan sonra 20 yaşlı gənc qız “Böyük teatr”a gəlir və təcrübə keçənlər qrupuna daxil olur. Gənc müğənninin səsi qəbul komissiyasının üzvülərini o qədər məftun edir ki, onlar, hətta, konservatoriya təhsili olmayan qızı teatra qəbul edirlər. Təcrübə keçən gənc qız öz zəhməti və bacarıqı ilə sübut edir ki, nəyə qadirdi. Odur ki, bir ildən sonra onu həmişəlik olaraq teatrın əsas qrupuna yazırlar.

Tamara xanımın özünü sübut etməsində, püxtələşməsində opera rejissoru və musiqi müəllimi Boris Pokrovskinin böyük zəhməti və rolu olur.

Bir dəfə “Böyük teatr”ın əsas heyəti Milana qastrol səfərinə gedir. “Yevgeni Onegin” operasında Olqa partiyasını ifa etmək gənc müğənniyə həvalə olunur. Bu Tamara Sinyavskaya üçün əsl sınaq, eyni zamanda O, bu imtahandan müvəffəqiyyətlə çıxır, partiyanı əla ifa edir.

1964-cü ildən “Böyük teatr”da soloist kimi fəaliyyətə başlayan Tamara İlyiniçna 2003-cü ilə kimi bu teatrda çalışır. O, teatrın səhnəsində birinci dəfə Cüzeppe Verdinin “Riqoletto” operasında Paj obrazında tamaşaçıların qarşısına çıxır. “Kişi” obrazı Tamara xanımda çox gözəl alınır.

O, Aleksandr Borodinin “Knyaz İqor” operasında Konçakova, Edvard Bendjamin Brittenin “Yay gecəsinin yuxusu”nda Oberon obrazlarını yüksək ustalıqla ifa edir.

“Böyük teatr”ın Fransaya, Yaponiyaya və Kanadaya uğurlu səfərlərindən və IV Beynəlxalq müsabiqədə qalib olduqdan sonra xarici ölkələrə dəvət olunur. Müsabiqədə jürinin sovet ittifaqından olan üzvü Yelena Obraztsova, xarici ölkələrdən olan üzvülər , o cümlədən məşhur Mariya Kallas Tamaraya səs verirlər. Nəticədə, birinci mükafatı iki yerə bölmək lazım gəlir. Tamara, həmçinin, Mixayıl İvanoviç Qlinkanın Vanya (“Ivan Susannin") və Ratmir (“Ruslan və Lyudmila”), Modect Petrovic Mussorqskinin Marfa (“Xovanşina”) və Marina Mnişek (“Boris Qodunov"), Nicholas Rimskoqo-Korsaqovun Lyubava (“Sadko”) və Lyubaşa (“Carın gəlini”), Azucena (“Trubadur”) və Ulrika (“Bal-ziyafət”), o cümlədən Verdi, Karmen, J.Bize , həmçinin, başqa məşhur bəstəkarların operalarında misilsiz obrazlar yaradır.

Bu uğurlu çıxışlardan sonra məşhur xarici impressariolardan Tamara xanımı Amerikaya qastrol səfərinə gondərməyi xahiş edirlər. Bu cür hallar üçün DTK-nın öz növbətçi və standart cavabı var idi: “Müğənni repertuarın qoyuluşu ilə məşğuldu”.

Tamara xanım Sergey Prokofyevin “Oyunçu” operasında Blanşın partiyasını Sovet İttifaqında ilk dəfə yerinə yetirməklə SSRİ opera aləmində, bu obrazın ilk ifaçısı kimi adını ılkarəninyx teatr.

Geniş miqyaslı repertuarı, o cümlədən hər tərəfli konsert poqramları ilə zəngin olan O, həm, ölkə daxilində, həm də xarici qastrol səfərlərində yorulmağın nə olduğunu hiss etmədən biri-birindən rəngarəng opera və xalq mahnıları ilə çıxışlar edərək tamaşaçıların rəğbətini qazanırdı. Moskva Konservatoriyasının “Böyük Zal”ı, Pyotr İliç Çaykovski adına Moskv a Konsert Zalı və Amstredam şəhərinin “Konsertqebau sarayı” müğənni xanımı sürəkli alqışlarla qarşılayır.

Müğənninin repertuarında zəmanəsinin ən çətin, çox əmək tələb edən möhtəşəm operaları: S.S.Prokofyevin , P.İ.Çaykovskinin , M.De Falyanın və başqa bəstəkarların opera, ariya və romansları, həmçinin, orqanın müşayiəti ilə qədim sənətkarların əsərləri yer alırdı. Tamaşaçı auditoriyasını cəlb edən məqamlardan biri ondan ibarət idi ki, Tamara xanım həyat yoldaşı Müslüm Maqomayev ilə bi rgə duet formasında dinləyicilərə biri-birindən gözəl, əsrarəngiz, təkrarolunmaz musiqi nömrələri bəxs edir və onların könlünü, sanki, ovsunlayırdılar. T.Sinyavskayanın tanınmış musiqiçi E.F.Svetlanov , həmçinin, bir çox başqa məşhur və görkəmli dirijorlarla çıxışı, o cümlədən Rikkardo Şayi və Valeriy Qerqiyevlə səmərəli əməkdaşlığı yaxşı nəticələr verirdi.