Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 27



Həyat elə gətirir ki, Müslüm Maqomayevlə tanışlıqdan sonra Tamara Sinyavskaya İtaliyanın Milan şəhərinə, məşhur “La Skala” teatrına təcrübə keçməyə gedir. O, haricdə çoxlu çıxışlar edir və daha da püxtələşir. Onun repertuarında olan bir çox əsərlər, məsələn: Paris şəhərində Rimskoqo-Korsakovun “ Snequroçka ” (“Qar gəlini”) əsərində Lel , Türkiyədə Cüzeppe Verdinin “Trubadur” və “Bal-ziyafət” operalarında müvafiq olaraq Azucena və Ulrika , həmçinin, Almaniyada böyük müvəffəqiyyətlə Rixard Vaqnerin “ Karmen ” əsərini mükəmməl oxuyur. O, Avstriyanın paytaxtı Vena Dövlət Opera teatrında S.S.Prokofyevin “Hərb və sülh” operasında Axrosimovanın partiyasında iştirak edir.

"La Skala" Bu, tanışlıq Moskva şəhərində bir neçə görüşlə yekunlaşır və məsələ məhəbbət məcəralarına qədər gedib çatmır, romantika yaşanmır. Ancaq qeyd etmək lazımdı ki, Bakı tanışlığına kimi tale onları bir neçə dəfə yaradıcılıq yollarında, o cümlədən müxtəlif konsert meydançalarında üz-üzmishmə gə. Lakin cütlük bu zaman kəsiyinə qədər bir-biri ilə kifayət edəcək qədər yaxından tanış deyildilər. Ötəri və ya yaradıcılıq tanışlığı 3 oktyabr 1972-ci ilə qədər davam edir. Həmin zaman “Böyük teatr”ın bir qrup artisti Bakıda keçirilməsi nəzərdə tutulan Rusiya mədəniyyəti və incəsənəti günlərində iştirak etmək üçün paytaxtımıza gəlirlər. Yevgeni Nesterenko, Nina Fomina, Yevgeni Raykov, Kirill Kondraşin, həmçinin, gənc Tamara Sinyavskaya da yer alırdı.

“Azərbaycanın görkəmli və tanınmış bəstəkarı, Müslümün babasının adını daşıyan filarmoniyada bizi bir-birimizə təqdim etdilər. Əgər səhv etmirəmsə bu, şair Robert Rojdestvenski və onun həyat yoldaşı Alla xanım idi. O, mənə əlini uzatdı və çox utancaq, küt nəzərlə baxaraq dedi:

Müslüm!

Bu, mənə gülməli gəldi, birincisi ona görə ki, biz artıq tanış idik. İkincisi, artıq onu tanıyırdılar, sadəcə olaraq tanımırdılar, təzim edirdilər, salamlaşırdılar və buna çox sevinirdilər…”, -deyərək, -Tamara xanım xatirələrini bölüşür.

1973-cü ilin yanvar ayının ortalarında Sinyavskayanın Milana təcrübə keçməyə getməsindən sonra Müslümün telefon zəngləri ara vermək bilmir və o, mütəmadi olaraq Tamara xanımla rabitə yaradır, ürək sözlərini bölüşür. Bu, barədə Tamara xanımın xatirələri çox maraqlı, həm də çox ürək açandı. O, deyir: “Maqomayev ozünəməxsus şəkildə məhəbbətini anlatmağa çalışırdı. Həmin məqam o, proiqrıvatelə zamana uyğun gələn melodiyanın valını qoyurdu. Ona həmin priyomla cavab verirdim. Mən də, fonetikamda olan vallardan birini proiqrivatelə qoyurdum…”.

Həmin zaman kəsiyi ərzində Tamara Sinyavskanın təcrübə müddəti bir il yarım davam edir. Bu, müddət ərzində Tamara ərindən boşanır, müstəqil və sərbəst xanım olur. Ancaq o, Müslüm Maqomayevlə nigah əlaqələrini rəsmiləşdirib qeydiyyatdan keçməyə tələsmir. Bu, o vaxta qədər davam edir ki, onların ümumi tanışlarından birinin səbr kasası tükənir və o, gənclərin pasportlarını alıb onları nigah şöbəsinə aparır. Elə həmin gün, paytaxt restoranlarından birində yüz nəfərin iştirakı ilə toy mərasimi təşkil olunur. Bundan başqa, bu xəbəri eşidən üç yüz adamdan çox kütlə restoranın ətrafına yığışır və çox mehribancasına Maqomayevdən sevimli mahnılarını istəyirlər. Belə bir gündə müğənni əzabkeşlərini, pərəstişkarlarını intizarda qoya bilməzdi. O, restoranın açıq pəncərəsindən onlar üçün yarım saat mahni ifa edir. Deyilənlərə rəğmən, bundan sonra Müslüm düz üç ay bronxitlə gəzir. Əlbəttə ki, şaxtalı yanvar ayı, açıq pəncərə, kəskin hava cərəyanı, bir qədər qəbul olunan alkoqolun təsiri bronxit üçün kifayət edərdi.