Dəli Çəmənli - страница 17
İnsanın təkcə əli ilə əkib-becərdiyi toxumlar cücərib boy atmır. Onun fikirləri, arzuları, xoş niyyətləri də torpağa əkilən toxumlar kimidir. Toxumları əkib onu günəşin isidəcəyinə, yağışın sulayacağına ümid edərək məhsul aldığımız kimi, əkdiyimiz fikirlər və arzuları da ümidlərimiz və inamlarımız isidir, suvarır və tez bir zamanda bol bəhrə yetirir. İnanın ki, arzu və ümidlərimizi əkdiyimiz mühit, öz münbitliyi ilə qara torpaqdan heç də geri qalmır. Hər bir insanın həyatı onun inamla arzuladığı nemətlərlə zəngin olur. Sanki, kainatda hansısa qüvvə insanları arzularına doğru aparır. O qüvvə bizim İNAMIMIZDIR. Biz inansaq ki, dağı dağ üstünə qoya bilərik, deməli qoya bilərik. Biz inansaq ki, tez bir zamanda Azərbaycanımızı çiçəklənən bir diyara çevirə bilərik, deməli bilərik. İnamlarımız bizi ən böyük qələbələrə gətirər. Gətirir də…
Düz deyir atalarımız: Nə əkərsən, onu da biçərsən. Xeyir əkərsən, xeyir biçərsən; yaxşılıq edərsən, yaxşılıq görərsən, köməklik edərsən, köməklik edərlər…
Düzdə qalan düzlük…
Qəribə ifadə idi… göydən yerə bulud-bulud yuxu yağır. Bu sətirləri «Facebook» səhifələrində bir dostum yazmışdı. Əvvəlcə sadəcə «xoşum gəldi» kimi qeyd edib keçmək istədim. Hətta kursoru düymənin üstünə də gətirdim. Amma sonra kəlama şərh yazmaq istədim. Bir anlığa fikrə getdim. Bəlkə, şən əhval-ruhiyə yaradan bir cümlə yazım? Məsələn: Yatağanların ən böyük arzusu, yuxudan əziz heç nəyim yoxdur və c. Sonra fikirləşdim ki, əgər göydən kiminsə istəyi ilə bulud-bulud yuxu yağa bilirsə, deməli, onda başqa istəklərimiz də yağa bilər. Bəs nə yağa bilər? Bəlkə də həyatımda ilk dəfə bu sualı öz-özümə verirdim. Necə yəni nə yağa bilər? Hər şey yağa bilər. Amma istəsək…Beləliklə, çox maraqlı bir misra yarandı:-Göydən yerə hər şey yağar…istəsək! İndi mən bu bircə misra ilə nə edim? Bəlkə elə şərhə bunu yazım çıxıb gedim işimin, gücümün dalınca? Belə də etdim. Bu sözləri kəmali-ədəblə şərh yerinə yazdım. Amma məni qane etmədi. Yazını sildim. Ağ vərəq çıxarıb qarşıma qoydum. Həmin sətri vərəqin tən ortasına yazıb fikrə getdim. Dostum Kərimin nə zamansa mənə dediyi bir sözü xatırladım. İnsan Allahdan bir şey istəyəndə gərək bir pis adətindən əl çəkə. Nəyə görə? Yəni deyə bilə ki, mən bu pis adətimi tərk edirəm ki, Tanrıdan nəsə istəməyə üzüm olsun.
Dayan!..
Sətirlər mənə ləzzət verdi. Amma… içimdə yatmış bir vulkanı oyatdı. Bir neçə saniyədən sonra bir bənd şer hazır idi:
Hər şey yaxşıdır. Amma bir bəndlə şer olmaz axı… Oyanmış vulkan üçün çox azdır. Ən azı gərək üç bənd ola. Amma mən əsas demək istədiyimi demişdim. Bundan artıq nə fikirləşmək olardı? Başımda çoxlu sözlər fırlanmağa başladı: göz ola, üz ola, duz ola, düz ola, söz ola və s. Bunlar hamısı çox işlənib. Məni çox cəlb edən duz ola sözü oldu. Xəyalımda bir neçə dəfə bu sözü «ola» rədifi ilə nə qədər əlaqələndirdimsə, bir şey çıxmadı. Bəlkə də çıxardı, amma o gün nəsə qeyri-adi bir şer yaranmalı imiş. Kağıza baxdım. Bayaq qarşıma qoyduğum ağ vərəqdən əsər-əlamət qalmamışdı. Artıq bir neçə sətir yazıb qaralamışdım. Amma ikinci bənd yaranmırdı ki, yaranmırdı. Deməli, mən öz yazılarımı düzəldə-düzəldə şer yazmaq istəyirəm. Nə? Düzəldə-düzəldə? Nə gözəl sözdür. Görəsən kimsə bunu işlədibmi? Görəsən hər kəs öz səhvini düzəldə bilirmi? Bəs Tanrı yazan bəxti kimsə düzəldə bilərmi? Ogul varmı haqq yazanı düzəldə? Bəh, bəh, bəh, şahanə! Oğul varmı Haqq yazanı düzəldə. Necə düzəldə? Kiməsə yazılan bəxti-taleyi düzəldə bilə, qismətinə yazılanı ya artıra, ya azalda! Bu da ikinci bəndin daha iki sətri: