Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 2
Müstəsna və fövqəladə hal olaraq, demək mümkündü ki, parlaq ulduza çevrilən Müslüm Maqomayevin real və həqiqi istedadi, zəkası və qabiliyyəti xalqı, tamaşaçıları, onu sevənləri bu gün, ecazkar səsinin cazibəsi ilə televiziya, radio, maqnitofon, kompüter qarşısına toplaya bilir.
Azərbaycanda, o cümlədən keçmiş Sovet İttifaqında, həmçinin, dünya opera və estrada janrında çox az adam tapıla bilər ki, Müslüm Maqomayev kimi məşhur olsun və heç olmasa, ən azından, onunla rəqabət aparmaq iqtidarında yaşasın. Məftunedici, cəzbedici bariton səsi, yüksək ifa texnikası, xüsusi geyimi, artistlik və səhnə məharəti, liderlik bacarığı, səmimi səxavəti və təkrarolunmaz təbəssümü ilə qırx beş ildən artıq bir zaman ərzində milyonların ürəyini fəth edən və bu gün də, öz effektini, dəyərini qoruyub saxlayan başqa bir müğənni tanımıram. Müğənninin diapazon imkanları müstəsna dərəcədə, qeyri-adi formada o qədər geniş idi ki, Müslüm asanlıqla operadan müziklə qədər, siyasiləşmiş mahnılardan uzaq olmaq şərti ilə, SSRİ, Azərbaycan, Rusiya və xarici bəstəkararın vokal əsərlərinə müraciət edirdi, hamısının öhdəsindən də böyük ustalıqla, məharətlə və bacarıqla gəlirdi.
Təqribən iyirmi yaşında, 1962-ci ildə, Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirilən “Ümumdünya Gənclərinin” mahnı festivalında sənət dünyasına ilk kövrək addımlarını ataraq start verən və daima yüksələn xətt üzrə Olimpə doğru inamla irəliləyən Müslüm Maqomayev ömrünün sonuna qədər enişin nə olduğunu hiss etmədi, əksinə, bütün qırx beş or zirvədə yaşadı. O, böyük dəqiqliklə yerinə bağlanan və dinamik qüvvəyə malik olan saat yayını xatırladırdı. Yarım əsrə yaxın davam edən bu, marafon yarışında o, çəkinmədi, ona qarşı olan haqsızlıqlara , çətinliklərə, paxıllıqlara, bir sözlə , həyatın müxtəlif və bütün neqativ kataklizmlərinə şərəflə sinə gərə bildi, həmişə çoxsaylı pərəstişkarlarının qibləgahı, bütü, sənəmi olmağı bacardı. Fransız ədibi Qustav Flober demişdi: “Bütə, sənəmə toxunmaq olmaz, əks təqdirdə, onun zəri sizin əlinizdə olacaqdı”. Bu mənada, Müslüm Maqomayev çox xoşbəxt insan idi. Onun həyatda qazandığı şöhrət, məşhurluq, ecazkar bariton səs, təbii xarici görkəm, çoxsaylı qadın pərəstişkarların məhəbbəti, gül-çiçək yağışı bir çoxlarında, belə, bir təsəvvür, belə, bir qıcıq yaradırdı ki, guya o, yaşından böyükdü… Ancaq müstəsna hal olaraq sifətin şişirtmə dərəcəsinə müraciət etmədən, tam əminliklə deyə bilərəm ki, Müslüm Maqomayev sadəcə olaraq bizim planetdən deyildi. Onun səsi ecazkar olduğu kimi, onun özü də, qeybdən gələn və yenidən ora qayıdan bir müqəddəsi xatırladırdı. Mən, bu fikirimdə yanılmıram…
1963-cü il Müslüm Maqomayev yaradıcılığının donüş nöqtəsi oldu. Biri-birinin ardınca gələn təkliflər onu Kremlin “Qurultaylar Sarayı”na, P.İ.Çaykovski adına Moskva Konsert Zalına, Lujniki İdman meydançasına, böyük informasiya mənbəyi hesab olunan Sovet İttifaqı Teleqraf Agentliyinin mətbuat mərkəzinə, mütəmadi təşkil olunan dövlət konsertlərinə gətirib çıxarmaqla bərabər, həm də görkəmli şəxslərin, dövlət xadimlərinin, ictimaiyyətin rəy, təklif və fikirlərinin hədəfinə, milyonlarla tamaşaçı auditoriyasının, futbol meydançalarının istinad nöqtəsi.
Müslüm Maqomayev yaradıcılığının ən əhəmiyyətli hissəsi onun opera və vokal sənətində bir ustad sənətkar kimi yetişməsi, daha doğrusu, cilallanması Milan şəhərinın “La Skala” teatrı ilə sıx bağlıdı. Bu, teatrın əvəzolunmaz xidmətlərini danmaq qeyri mümkündü . Teatrda təcrübə keçərkən o, vokal janrının ən incə, ən zərif hissəciklərinə, sirlərinə yiyələnə bildi. XX əsrin 60-cı illərinin ortalarında İtaliyaya gələn müğənni, incəsənət və mədəniyyət xəzinəsinin beşiyi sayılan, bitməz və tükənməz incəsənət nümunələri ilə zəngin olan ölkədə yalnız ifa tərzi, səhnə mədəniyyəti, artistlik manerası və s. öyrənməklə kifayətlənmədi, o, həm də mənəvi, ruhi bilik dairəsini genişləndirdi , daha da zənginləşdirdi. Benyamin Cili, Cino Bekki, Tito Qobbi, Mario Del Monako