Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 4



Daima soy kökünə sadiq qalan müğənni bütün bunlarla öyünmədi, təkəbbürlük nümayiş etdirmədi, heç kimə yuxarıdan aşağı baxmadı, ayıqcasına daxili aləminə və qüdrətinə əsaslanaraq hərəkət etdi, birsözlə, necə var idisə eləcə də yoluna davam gətirdi. Bu, yüksək keyfiyyətlər və alicənablıq onu bütün ömrü boyu müşayiət etdi. Məsələn, Müslüm Maqomayev kinorejissor Aleksandr Zarxinin çəkdiyi “Anna Karenina” filmində Vronsko obrazını ifa etməyə dəvət olundu, lakin o, bundan imtina etdi. Amma çox keçmədi ki, kinorejissor Eldar Quliyevin “Nizami” filmində Şeyx Nizami obrazını oynamağa razılıq verdi və çox gözəl, yadda qalan, parlaq Nizami Gəncəvi surətini ərsəyə gətirdi.

Müslüm Maqomayevdə olan istedad, zəka, qabiliyyət hər deyən bir adamda cəmlənmir. Sözün həqiqi mənasında, hərtərəfli inkişaf edən bu, şəxsiyyət insanlara qarşı bir o qədər mehriban, xoşxasiyyət, old diqqətli, kömək əli uzadan və tliubi.ə Babasının yolunu davam etdirmək arzusunda olan Müslüm Maqomayev yalnız bunlarla kifayətlənmədi… O, nəinki bəstəkar, müğənni, pianoçu oldu, o həm də gözəl fırça ustası, yüksək səviyyəli aktyor, görkəmli nasir kimi tarixdə iz qoydu, adını qızıl hərflərlə mədəniyyət, incəsənət salnaməsinə yazdırdı .

Sovet erasının məşhur, tanınmış və görkəmli inəsənət xadimi İnnokenti Mixayloviç Smoktunovski zamanında müğənni üçün xoşagələn, ürəyəyatan, fərəhli fikir söylədi:

“Müslüm Maqomayev birdən, dərhal məşhurluq qazandı. Bu, çox böyük şöhrətdi və uzun müddətlidi… Mən həmişə onun üçün darıxıram və səbirsizliklə yeni görüşləri gözləyirəm. Gözləyirəm eşidim və görüm ki, özünün çoxsaylı pərəstişkarları üçün bu, təəcüblü, nadir istedad və zəka sahibi yeni nə gətirəcəkdi.”

Əmin olmaq istəyirəm ki, oxucu auditoriyası dünyaşöhrətli müğənni ilə olan qiyabi görüşdən və bu, tanışlıqdan razı qalacaq, onun haqqında bilmədiyi bir çox məqamları özü üçün kəşf və ixtira edəcək, təkrarolunmaz Müslüm Maqomayevlə dialoqa girəcək, zatən onun melodiyalarını yaddaşında səsləndirəcək , züm-zümə edəcək, bu, nadir insana bir daha qulaq asmaq məqsədi ilə onun lent yazılarına, vallarına, lövhəciklərinə, həmçinin, İnternet portallarına müraciət edəcəkdi, böyük və dahi sənətkarın ruhunu yad edərək ruhuna dualar oxuyacaqdı.

BİRİNCİ FƏSİL

ƏBƏDİYYƏTƏ QOVUŞAN SOYAD…

Artıq oxucu söhbətin hansı soyaddan getdiyini təsəvvüründə canlandırmağa başlayır. Əks təqdirdə, bu başa düşülən olmazdı. Çünki Azərbaycanda “Şah İsmayıl” və “Nərgiz” operalarının müəllifini və Azərbaycan Dövlət Filarmoniyasının kimin adını daşıdığını hamı yaxşı bilir. Bu, soyad həyatın bütün keşməkeşli mərhələlərindən müvəffəqiyyətlə keçərək zirvəyə doğru inamla addımlamış və yüksəklikləri fəth edə bilmişdi. İnamla qeyd etmək olar ki, bu, yol bizə göründüyü qədər hamar və rahat olmayıbdı, ancaq xoş təəssüratlarla çox zəngin olmuşdu. Necə deyərlər, hər yolun, həm enişi, həm də yoxuşu olur. Maqomayev soyadı, sözsüz ki, burda istisna təşkil edə bilməzdi.

Əvvəlcə oxucu auditoriyasına bu soyadın hardan start götürməsi, onun keçdiyi çoğrafi məkanlar və lövbər saldığı yer haqqqında qısaca məlumat vermək, onun tarixini nəql etmərk ye Əminliklə söyləmək olar ki, Çeçenistanın Köhnə Ataq kəndi oxucuya nəyi isə xatırlamaq üçün önəmli və əhəmiyyətli deyil və özü haqasqında tariiya mşrlumatdan he baqatdan. Ümumiyyətlə, bu kəndin adı toponim və ensiklopediyalar istisna olunmaqla başqa yerlərdə yoxdu. Odur ki, məsələyə ardıcıllıqla yanaşmaq daha effektli və daha məqsədəuyğun hesab oluna bilər. Zamanında Köhnə Ataq kəndində silah düzəldən dəmirçi Məhəmmədin ailəsində üç oğlan və üç qız uşağı dünyaya göz açmışdı. Ailənin böyük oğlu Malik heç bir musiqi təhsili almadan bu peşə ilə məşğul olmaq qərarına gəlmişdi. Böyük qardaşın qabiliyyəti, istedadı və musiqi bacarığı kiçik qardaşa, Əbdül- Müslümə də siraət etmişdi və öz müsbət təsirini ona da göstərmişdi, bir sözlə , Malik Əbdül- Müslüm Maqomayevin ilk musiqi müəllimi kimi tarixə düşür, əgər belə, -demək, -mümkünsə .