Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 3



Müğənni Fiqaro, Skarpia, Mefistofel, Onegin ariyalarını çox gözəl və yüksək səviyyədə ifa etdi, olduqca böyük müvəffəqiyyətlər qazandı. Lakin qulaqbatırıcı bariton səslə estrada janrında qazandığı ağlasığmaz və təkrarolunmaz uğur onun opera karyerasına, opera peşəsinə sipər çəkdi, mane oldu. Bunu, müğənninin çox sevdiyi, yaradıcılığına böyük hörmət bəslədiyi, onun haqqında kitab yazdığı, radio və televiziya verilişləri hazırladığı və Qollivud tərəfindən opera səhnəsindən “oğurlanan” Mario Lansa da şamil etmək olar. Mario Lans və Müslüm Maqomayev – bu iki müğənninin həyat və yaradıcılığında eynilik, uyğunluq, həmçinin, paralellik görmək mümkündü , baxmayaraq ki, Lans tenor, Müslüm bariton idi.

Milanın “La Skala ” O, Bakı Konservatoriyasında tanınmış opera ustadı, musiqiçi, vaxtilə Milanda təcrübə keçən, yüksək musiqi təhsil alan Şövkət Məmmədovadan dərs almağa başladı və 1968-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurdu. Məhz, bundan sonra Maqomayevin keçmiş Sovet İttifaqı respublikalarına, vaxtilə kommunist düşərgəsinə daxil olan Şərqi Avropa ölkələrinə, o cümlədən Amerika və Avropaya, bir sözlə , Qərb dünyasına sonsuz, saysız-hesabsız qastrol səfərləri başladı. Həmin dövrdə, elə bir beynəlxalq musiqi festivalı olmurdu ki, Müslüm Maqomayev orda iştirak etməsin.

İlk böyük uğur 1969-cu ildə, Polşanın Sopot şəhərində əldə olundu. Onun ardınca Fransanın Kann şəhərində keçirilən beynəlxalq festivalda “Qızıl lövhə” mükafatı qazanıldı. Müslüm Maqomayevin bu təltifə layiq görülməsi, sanki bir sensasiya idi. Həmin festivalda Müslüm tərəfindən yazılan vallar, lövhəciklər qısa müddət ərzində fantastik tirajla satılırdı. Heç kim, hətta, ən nikbin pərəstişkarlar, nəinki ağlına, heç yuxusuna, belə, gətirə bilməzdilər ki, dörd milyon yarımlıq tiraj musiqisevərlər tərəımən halqəca Müğənninin yaşı yenicə otuzu keçmişdi ki, ona SSRİ Xalq artisti adı verildi. Bu, çox da, böyük tarixə malik olmayan SSRİ-də görünməmiş, fövqəladə bir hadisə idi. Müslüm Maqomayevin bu rekordu heç vaxt təzələnmədi bu, yalnız ona məxsus olaraq əbədi tarixdə qaldı.

“Mən (şair Robert Rojdestvenski : -C.P.) , Müslüm Maqomayevin oxuduğu çoxlu sayda konsertlərdə olmuşam, ancaq bir dəfə də şahidi olmadım ki, aparıcı onun bütöv adını və familiyasını sona kimi kandeməyə. Aparıcının səyinə və güclü dinamiklərin olmasına baxmayaraq, adətən Müslüm adından sonra zalda elə bir sürəkli, gurultulu alqış sədaları eşidilirdi ki, familiya Maqomayev sadəcə olaraq bu, gurultunun iç ərisində itib-batırdı. Artıq biz, buna öyrənmişdik. Öyrənmişdik ki, onun bir adı bizim incəsənətin özünəməxsus, diqqətəlayiq yeridi… Əlavə olaraq demək istəyirəm ki, onun ifasında hər hansı bir opera ariyası, hər hansı bir mahnı bu, həmişə gözlənilən möcüzə idi, hətta, özünün şəxsi əsərləri olsa da, belə. Onlardan biri belə adlanırdı, “Biz mahnı üçün doğulmuşuq”.

Müğənni heç vaxt zəmanənin tələbinə uyğun olan aldadıcı dəbin arxasınca qaçmadı, pərəstişkarların qılığına girib onlara yalançı musiqi təqdim etmədi, həmişə sənətinə, səsinə, vicdanına inandı və bu, qabiliyyəti sayəsində milyonların ürəyini fəth etdi, sevgisini qazandı. Ağzına qədər tamaşaçılarla dolu olan möhtəşəm konsert salonları və idman meydançaları, mühafizəni təşkil edən atlı polis dəstələri, ümmanlar qədər gül-çiçək dəstələri, müxtəlif əfsanə, dedi-qodu, qeybətlə zəngin olan mifoloji və mini məişət tarixçələri, ailə hekayələri, bahalı avtomobillər, dəbdəbəli mehmanxanalar.