Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 5



Çox keçmir ki, bu yol Əbdül- Müslümü əyalətin mərkəzi hesab olunan Qroznı şəhərinə, musiqi təhsil almağa gətirib çıxarır. Burda, daha da kamilləşən və bir neçə musiqi alətində sərbəst ifa etməyi öyrənən gənc Maqomayev o zaman Zaqafqaziyada çox məşhur və yeganə təhsil ocağı hesab olunan Qori Müəllimlər Seminariyasına üz tutur. Qori seminariyası özünün kitabxanası, konsert zalı, orkestri, yüksək səviyyəli, tanınmış peşəkar pedaqoqları ilə zamanının sayılıb-seçilən təhsil mərkəzi idi. Seminariyada rus, gürcü və azərbaycanlı pedaqoqlar dərs verirdilər. Sonralar Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli ədibləri olaraq tarixə adlarını yazdıran: Süleyman Sani Axundov, Firidun bəy Köçərli, Cəlil Məmmədquluzadə, Sultan Məcid Qənizadə, Üzeyir bəy Hacıbəyli, Əbdül- Müslüm Maqomayev və bir çox başqaları Qori Müəllimlər Seminariyasının məzunları olmuşdular. Seminariyada mükəmməl təhsil alan Əbdül- Müslüm ona verilən diplom-göndərişlə əvvəlcə Zaqafqaziyanın bir neçə kəndində qısa müddət müəllim işləyir. Daha sonra o, Azərbaycanın dilbər guşələrindən biri, gozəl Lənkəran şəhərinə musiqi müəllimi kimi fəaliyyət gostərməyə gəlir.

Öz çalışqanlığı, bacarığı, istedadı, istiqanlığı və xoş manerası ilə qısa zaman ərzində o, yerli əhali ilə qaynayıb qarışır. Əhali ilə aralarında yaranan xoş və isti münasibətlər bu gənci daha böyük işlər görməyə sövq edir. Bir müddət keçdikdən sonra Əbdül-Müslüm Tiflis Müəllimlər İnstitutuna imtahan verir və bu təhsil ocağına daxil olur. İnstitutu müvəffəqiyyətlə başa vuran gənc müəllim 1911-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə gəlir və birdəfəlik burda məskunlaşır. Müxtəlif musiqi və dram teatrlarında gah solist, gah dirijor, gah da musiqi tərtibatçısı kimi işləyən Əbdül- Müslüm getdikcə daha da püxtələşir, musiqi ictimaiyyəti arasında kifayət qədər tanınır və musiqi əsərləri yazmağa başlayır. Bu zaman ərzində o, opera, pomans, rapsodiya, marş və başqa janrlarda musiqi əsərləri ərsəyə gətirir və yavaş-yavaş məşhurlaşır.

Əbdül-Müslüm və Baydagül xanımın (Əbdül-Müslümün həyat yoldaşı: -C.P.) birgə nigahdan iki oğlan övladı dünyaya gəlir. Onlar böyük oğlanı Cəmaləddin (1910), kiçik övladlarını isə Məhəmməd (1916) adlandırırlar. Əbdül-Müslüm həyatının ən parlaq çağında, ömrünün çiçəklənən dövründə tez yayılan və həmin dövrdə müalicəsi mümkün olmayan vərəm xəstəliyindən (1937) 52 yaşında vəfat edir. Baba Maqomayevin dünyasını dəyişməsindən dörd il sonra II Dünya müharibəsi başlayır. Onun kiçik oğlu Məhəmməd könüllü olaraq müharibəyə yollanır və həmin savaşların birində qəhrəmancasına (1945) həlak olur. Böyük oğlu Cəmaləddin isə dövlət işlərində çalışır, siyasi, ictimai-dövlət xadimi kimi mühüm vəzifələrdə fəaliyyət gostərir və altmılaş yırvidyaşfaryın. Bu, soyadın yeganə davamçısı, babası Əbdül-Müslümün şərəfinə ailəsi tərəfindən Müslüm adı verilən gənc oğlan sonradan bəstəkar, pianoçu olmaqla bərabər, həm də bariton səsi ilə təkrarolunmaz müğənniyə opera, romans, estrada, caz, neopolitan , vokal musiqilərinin mahir ifaçısına çevrilir.

Bu, soyadın Müslimdən sonra, əlbəttə, musiqi baxımından, davamçısının olub və ya olmayacağını gələcək zaman gostərəcəkdi. Beləki, onun soyadını daşıyan ana bir qardaşı Yura, bacısı Tanya və hal-hazırda Amerika Birləşmiş Ştatlarının San-Fransisko şəhərində yaşayan qızı Marina və nəvəsi. Heç kimə sirr deyil ki, həmyerlimiz zərif cinsin nümayəndələri tərəfindən həmişə böyük sevgi və məhəbbətlə qarşılanıbdı. Bu, təkzibolunmaz faktdı və istisna təşkil etmir. Çünki tanınmış insanlar haqqında cəmiyyətdə müxtəlif söz-söhbətlər, məişət uydurmaları , dedi-qodular, ailə tarixçələri həmişə olub və olmaqda davam edir, ancaq bunların hamısı, heç də həqiqəti əks etdirmir. Həyatda bir neçə dəfə ailə quran və kifayət qədər eşq macəraları yaşayan Müslüm Maqomayevin musiqi davamçısının olmaması, ən azından, hər kəsdəsü təəəsi.